"Rossiya-24" telekanalının jurnalisti: "Neft Daşları"nın dünyada analoqu yoxdur"

"Rossiya-24" telekanalının jurnalisti: "Neft Daşları"nın dünyada analoqu yoxdur""Neft Daşları" miqyasına görə dünyada analoqu olmayan, açıq dənizdə dayaqlar üzərində qurulmuş ilk şəhərdir".

Bunu "Report"a oktyabr ayında çəkiliş qrupu ilə birlikdə Xəzər dənizində yerləşən "Neft Daşları" adlı şəhərə səfər edən "Rossiya-24" telekanalının jurnalisti və iqtisadi xəbərlərin aparıcısı Leyla Əlnəzərova deyib.

İqtisadiyyat üzrə jurnalist olan L.Əlnəzərova bir çox karbohidrogen yataqlarında olub, lakin onun sözlərinə görə, heç vaxt belə irimiqyaslı yataqla qarşılaşmayıb.

"İlk növbədə, yatağın miqyas məni heyrətə gətirdi. Helokipterlə gələrkən miqyası aydın görürsən. Elə "Neft Daşları"nın unikallığı da bundadır, necə deyərlər dünyada analoqu yoxdur", - o bildirib.

"Rossiya-24" telekanalının aparıcısı Leyla Əlnəzərova

"Neft Daşları" yatağında aparılan kəşfiyyat açıq dənizdə neft hasilatının sonrakı inkişafına təkan verdi".

"Neft Daşları"nı bir növ akademiya adlandırırlar. Bu, vaxtilə Sovet İttifaqı, indi isə Azərbaycan neftçilərinin Xəzərdəki forpostudur. Müxtəlif millətlərdən olan mühəndislər burada bilik və bacarıqlara yiyələniblər, sonra da ondan öz ölkələrində istifadə ediblər", - teleaparıcı deyib.

Jurnalistin sözlərinə görə, "Neft Daşları"nın heyrətamiz cəhətlərindən biri də orada rahat qalmaq üçün hər cür şəraitin yaradılmasıdır: "Orada park, çay evi, futbol meydançası və bir çox digər şərait var. Orada olarkən, əlbəttə, sahildən uzaq olduğumuzu və ucu-bucağı görünməyən dənizlə qurudan ayrıldığımızı anlayırıq, amma eyni zamanda istehsalatda olduğumuzu da hiss etmirik. Sanki normal yaşamaq üçün hər cür şəraitin olduğu bir şəhərdəsən. Çəkiliş qrupumuz zarafatla buranı "sanatoriya" adlandırırdı".

L.Əlnəzərova vurğulayıb ki, orada yaşayan və işləyən insanların işlərinə inanılmaz isti və sevgi ilə yanaşmaları onun üçün ən diqqətçəkən məqam olub.

"Dərindən düşünsək, onların çoxu ömrünün bir hissəsini bu yerə həsr edib, bu, onların ikinci evidir, buranı elə belə də adlandırırlar. Çox sayda insanla danışdıq, onlar bir-birlərini ailə adlandırırlar. Bu ailə Azərbaycan naminə işləyir, çünki heç kimə sirr deyil ki, neft sektoru respublika iqtisadiyyatının əsas mühərrikidir. İnsanlar bunu həqiqətən başa düşürlər və işə tam məsuliyyətlə yanaşırlar", - "Rossiya-24" telekanalının aparıcısı əlavə edib.

Bundan əlavə, jurnalist şüurlu şəkildə yola "Neft Daşları"ndan başlamaq qərarına gələn gənc neftçi nəsli ilə ünsiyyət də qurub: "Onlar etiraf edirlər ki, dənizdə işləmək quruda olduğundan daha çətindir. Buna baxmayaraq, gənc oğlanlar orada əvəzolunmaz təcrübə əldə edə biləcəklərini başa düşürlər. Bu, mənim üçün də əvəzolunmaz təcrübə oldu. Hesab edirəm ki, "Neft Daşları"na baş çəkmək və bütün bunları öz gözlərinlə görmək jurnalist uğurudur. Mən rusiyalı jurnalistəm, amma əslən azərbaycanlıyam, Ona görə də Azərbaycanda 70 illik tarixə malik, haqqında bütün dünyada bəhs edilən belə obyektin olmasına görə fəxr hissi keçirirəm".

Bu gün "Neft Daşları"nın rolu barədə danışan L.Əlnəzərova bildirib ki, bu obyektin əhəmiyyəti və funksionallığı dəfələrlə artıb: "Neft Daşları"nın bu gün Azərbaycan üçün rolu barədə qlobal mənada danışarkən qeyd etmək lazımdır ki, bu, sadəcə karbohidrogenlərin çıxarıldığı yataq deyil, mahiyyət etibarilə bir növ nəqliyyat qovşağı, qonşu yataqlar, məsələn "Günəşli"nin dayaz hissəsi ilə rabitə və boru kəmərlərinin kəsişmə mərkəzidir. Yəni "Neft Daşları"nın infrastrukturu hələ uzun müddət bu məqsədlə istifadə olunacaq".

Qeyd edək ki, "Neft Daşları" sənaye qəsəbəsi Xəzər dənizində, Bakıdan 110 km şərqdə yerləşir. "Neft Daşları" ən qədim dəniz neft platforması kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 906   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774