Bakı-Gəncə sürət qatarına əlavə vaqon qoşulur

Bakı-Gəncə sürət qatarına əlavə vaqon qoşulur

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.

Bu barədə BiG.AZ-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir.

Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 267 Tarix: 08.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər