Xalçaçı-rəssam: "Azərbaycanda xalçaçılıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub"

Xalçaçı-rəssam: "Azərbaycanda xalçaçılıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub"Son illər Azərbaycanda xalçaçılıq sənayesinin inkişafı geniş füsət alıb. Təbii ki, bu sənətin inkişafında Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamların böyük rolu var. Dövlət başçısının bir neçə gün öncə imzaladığı "Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam bu sahəyə ayrılan xüsusi diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda, bu, Prezidentin Azərbaycanda xalçaçılığın inkişafına yönəlmiş bir sıra fərman və sərəncamlarından növbətisidir. Həmçinin, Prezident tərəfindən 2018-2022-ci illər üçün Dövlət Proqramının təsdiqlənməsi, Prezidentin ötən ilin avqustun 28-də "İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchiz edilməsi və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncamı və digər mühüm qərar, tapşırıq və göstərişlər Azərbaycanda xalça sənətinin qorunması və inkişafına yönəlib.

Xalçaçı-rəssam, Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə "Report"a açıqlamasında bildirib ki, Azərbaycanda xalçaçılıq sənəti və sənayesi Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edib: "Bu sahəyə ayrılan maliyyə yardımları ilə xalçaçılıq sənəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla bağlı həyata keçirilən bütün layihələri müsbət dəyərləndirirəm. Çünki xalçaçılıq bizim milli sənətimiz, tariximiz, ənənəmiz və qan yaddaşımızdır. Bu sənətin inkişafı ilə bağlı atılan bütün addımlar böyük əhəmiyyət daşıyır. Ona görə də bu sənətin inkişafına töhfə verən hər bir şəxsin qarşısında baş əymək bizim borcumuzdur. Xalçaçılıq sənətinin inkişafı qədimdən indiyədək necə gəlib çıxıb bilirik. Nənə evdə xalça toxuyub və yanında oturan qızı da bundan həvəslənərək öyrənib. Bu, ənənə beləliklə davam edib".

E.Mikayılzadə bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ildə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncamla bu sənət daha da inkişaf etməyə başlayıb: "Qədim dövrlərdə evlərdə xalça toxuma ənənəsi bu gün də davam edir. Mən o qurumda hələ İstehsalat Birliyi kimi fəaliyyət göstərdiyi zaman müxtəlif vəzifələrdə işləmişəm. O zaman işçilər həm fabrikdə, həm də ev şəraitində işləyirdilər. Fabriklərə gəlməkdə çətinlik çəkən ucqar kənd sakinlərinin xalça toxumaları üçün evlərində dəzgahlar quraşdırılır və onlar üçün şərait yaradılırdı. Ona görə hesab edirəm ki, bu ənənə evlərdə də yaşadılmalıdır. Eyni zamanda mən bir məsələni də qeyd edim ki, dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalçaçılıq sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı xalçaçılıq mədəniyyətinin qorunmasına təkan verməklə yanaşı, həm də sosial əsaslara malikdir. Çünki bu istiqamətdə yeni iş yerlərinin açılması həm də insanların məşğuliyyəti deməkdir. Bununla da bu sahədə çalışan insanların gəlirləri artır".

Xalçaçı-rəssam Eldar Mikayılzadə:

"Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanın xalçaçılıq sənəti beynəlxalq səviyyədə tanınıb".

Xalq rəssamı vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və töhfəsi sayəsində Azərbaycanın xalça sənəti UNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib: "Bu, bütövlükdə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasına təkan verib. Biz bilirik ki, Azərbaycanda xalçaçılıq sənətinin inkişafında Prezident İlham Əliyev ilə yanaşı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolu var. Mən şəxsən öz adımdan Mehriban xanıma bu sahəyə xüsusi diqqət ayırdığına görə duaçıyam. Mehriban xanım təkcə xalçaçılıq sənətinə deyil, həm də milli ənənələrimizin, tariximizin, muğamımızın, aşıq sənətimizin və bu kimi digər sahələrin qorunub saxlanılması və inkişafına diqqət yetirib. UNESKO daxilində bizim xalçaçılıq sənətinin nüfuzunun artırılması məhz Mehriban xanımın fəaliyyəti ilə bağlıdır. Hətta mənim özümə də böyük köməklik göstəriblər. Şəki Xalça Məktəbini yaratmışıq. Sərgi keçirmişik. Ona görə də tam əminliklə deyə bilərəm ki, Heydər Əliyev Fondunun, xüsusilə də Mehriban xanımın təşəbbüsü ilə bu sahənin inkişafı ilə bağlı çox böyük işlər görülür".

Xalçaçı-rəssam qeyd edib ki, "Azərbaycan xalçası" artıq brenddir: "Bu brend sadəcə olaraq bir müddət yaddan çıxmışdı və unudulmuşdu. Amma dövlətimizin başçısının qayğısı nəticəsində bu brend artıq bərpa olunub. Dünyada "Azərbaycan xalçası" brendə çevrilib. Azərbaycan xalçaları Orta Asiya, Uzaq Şərq xalçalarından çox fərqlənir. Çünki Azərbaycan xalçaları interaktivdir. Dünyada yeganə interaktiv xalça Azərbaycan xalçasıdır. Ona görə də dünyanın muzeylərinin marağı daha çox Azərbaycan xalçalarınadır.

Eyni zamanda, Prezident İlham Əliyev dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu çərçivədə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi Nəsimiyə həsr olunmuş bir xalçanın eskizi üçün müsabiqə elan etmişdi. Rəssamlıq Akademiyasında bizim tələbəmiz olan 3 gənc də müsabiqədə iştirak edib. Müsabiqədə Nəsiminin portreti əks olan yeni formatda, yeni obrazda xalça təqdim olundu. Həmin xalçanın müəllifi mənəm. Bu müsabiqə həm Azərbaycanda xalça sənətinə, həm də Azərbaycanın dahi şairi İmadəddin Nəsimiyə verilən yüksək qiymətin göstəricisidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 582   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

21:45 0
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

13:26 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0