Bakıda incəsənət əsərlərinin ikinci hərracı keçirilib

Bakıda incəsənət əsərlərinin ikinci hərracı keçirilibNoyabrın 7-də "Hilton Baku" otelində incəsənət əsərlərinin növbəti hərracı keçirilib.

BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, sayca ikinci olan hərrac Mədəniyyət Nazirliyi, "Auction Baku" Məhdud Məsuliyyətli Cəmiyyəti şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov jurnalistlərə bildirib ki, hərrac respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyata keçirilir. Qeyd edib ki, 11 lot hərraca çıxarılıb. Ümumilikdə isə 9 rəssam hərraca qatılıb. Hərracda Akif Əsgərovun "Atlar", Mahmud Rüstəmovun "Qadın müxtəlif əhvalda" silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyevanın "Santa 1919-cu il", "Kraliça", Pərviz Hüseynov və İrina Qundorinanın "Kraliça Viktoriya", Vüqar Muradovun "Gülüş" və "Payızda-Yaz", Namiq Məmmədovun "Mələklərin səhər yeməyi" və "Bolluq", Vüqar Əlinin "Karvan" və İlham Mirzəyevin "Antik Büst-Qızılı Fonda" əsərləri yer alır.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hərracın əhəmiyyətindən söz açıb. Deyib ki, hər bir vətəndaşımızın evində Azərbaycan rəssamlarının əsərlərinin asılması ailədə böyüyən uşaqlar üçün tərbiyəvi əhəmiyyətə malikdir.

Azərbaycanda yeni yaradıcılıq sənayesinin formalaşmasından söz açan nazir vurğulayıb ki, bu sahə əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir.

Ə.Qarayev yaradıcı sənayenin dünyada geniş yayıldığını, eyni zamanda gəlirli sahə olduğunu qeyd edib.

"Artıq ikinci dəfə keçirilən hərrac çox yaxşı bir ənənədir. Hərrac vasitəsilə vətəndaşlarda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Hərracda alınmış əsərlər daha dəyərli olur və onların qiyməti zaman keçdikcə artır. Belə tədbirlərlə biz cəmiyyət şəklində yaradıcı insanlara münasibət formalaşdırırıq. Eyni zamanda, hərraclarda tam şəffaf formada qiymətləndirmə aparılır. Ümid varam ki, bu ənənə gələcəkdə də davam etdiriləcək", - mədəniyyət naziri söyləyib.

Sonra hərraca start verilib. Satışa çıxarılan 11 lotdan yalnız 2-i satılıb. Belə ki, Akif Əsgərovun "Atlar" əsəri 20050 manata, Mahmud Rüstəmovun "Qadın müxtəlif əhvallarda" əsəri isə 5610 manata satılıb.

Qeyd edək ki, hərrac ən bahalı lotunu iş adamı İsgəndər Xəlilov əldə edib.

Xatırladaq ki, "Auction Baku" Azərbaycanda ilk hərracı bu il mayın 21-də keçirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 511   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 3
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 744
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 331
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 129
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 163
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 523
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

16:45 163
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

17:54 0
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 653