Metroda gedişhaqqı artacaq? - RƏSMİ

Metroda gedişhaqqı artacaq? - RƏSMİ

"Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-də qiymət artımı gözlənilmir".

BiG.AZ report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.

"Hazırda Bakı metrosu MDB məkanında ən ucuz metrodur. Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir", - deyə o, qeyd edib.

Metropoliten rəsmisi gələcəkdə metroda differensial tarif sisteminə keçə biləcəklərini də deyib: "Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumuz 76 stansiyanın hamısı istismara veriləndən sonra differensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 641 Tarix: 08.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər