Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTO

Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTOBakıda oxumağı bilməyən qadının adına 4.2 milyon dövriyyəsi olan şirkətlər açılıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Qafqazinfo"ya müraciət edən Esmira Nuriyeva bildirib.

O deyib ki, Binəqədi rayonunda yaşadığı həyət evində ötən il onlara qonşu olan evdə kirayə yaşayan Çingiz və onun arvadı Dilarə ilə tanış olub:

"Bir müddət sonra onlar şəhərin mərkəzinə köçdülər. 2018-ci ilin iyun ayında Dilarə mənə zəng edib dedi ki, "gəl bir sənəd var, ona qol çək, sənin adına hesab açılıb 1 saat sonra bağlanacaq, sən də 300 manat alacaqsan". Mən də pula görə razılaşdım, ərim 15 ildir İranda xəstəxanada yatır, onun müalicəsi üçün pul lazım idi. Gəlinimlə qızımı da götürüb getdim. Mən də, gəlinim də oxuya bilmirik, gəlinim heç məktəbə də getməyib. Qızım oxumağı bilir, amma həmin vaxt onun 17 yaşı təzə olmuşdu deyə onu qəbul etmədilər. Biz bilmədiyimiz sənədlərə qol çəkib 300 manatı alıb gəldik.

2019-cu il avqust ayında İrana ərimin yanına gedəndə məni sərhəddə buraxmadılar, dedilər "STOP"un var, adına 5 şirkət var, onların xeyli borcu var. Mən gəlib Dilarəyə zəng etdim, dedi ola bilməz, o sənədlər bağlanıb. Sonra bunların dostu olan Şaiq adlı şəxslə görüşdük, o da dedi ki, sənədləri Eminağa adlı biri götürüb gedib, ona görə şirkətləri bağlaya bilmirlər. Mənə dedilər ki, get Eminağadan şikayət elə. Mən də elə bir adam tanımıram, məni ora Çingiz aparıb, sənədlərə də o qol çəkdirib. Mən sonra "Banditizm idarəsi"nə gedib sənədlərimi verdim, məndən izahat almadılar, 10 gün sənədlərim orda qaldı, vermirdilər. Axırda çox səs-küy salandan sonra sənədlərimi verdilər".

E.Nuriyeva əlavə edib ki, onun adına şirkət açılan zaman Çingiz həmin idarəyə 40-a yaxın başqa adamlar da gətirdib, həmin şəxslərin də adına bir neçə MMC açılıb.

Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən görünür ki, onun adına açılan "Buttolo", "Ceyson-TT", "Dikson-N.N", "Brayner – S.S", "Lesnek-2018" şirkətinin hər birinə Vəliyev Etibar İsbəndiyar oğlu direktor təyin olunub.

Bu şirkətlər üçün "Bank BTB"-də açılan hesabların çıxarışlarından görünür ki, 10 aylıq dövriyyə "Brayner – S.S"-də 1,4 milyon manat, "Ceyson-TT"-də 183 min manat, "Buttolo"-da 512 min manat, "Lesnek-2018" 62 min manat, "Dikson-N.N"-də 1,7 milyon manat olub.
Yazıda adı hallanan Çingiz adlı şəxsin nömrəsinə zəng çatmayıb, onun həyat yoldaşı Dilarə adlı qadın isə sualımıza aqressiv cavab verərək "Esmira hara istəyir şikayət etsin, mən ona firma açdırmamışam" deməklə kifayətlənib.

E.Nuriyeva bildirib ki, Çingiz və Dilarə bu işlər məşğul olandan sonra varlanıblar və Çingiz hələ də bu işləri davam etdirir: "Bir neçə gün əvvəl vergi işçisi ilə məni səhv salıb səhvən zəng etmişdi, dedi "bir-iki sənəd var, gətirim onları da həll edək".

Esmira Nuriyeva deyib ki, Daxili İşlər naziri Vilayət Eyvazova və Bakı şəhər prokruroru İlqar Abbasova müraciət edəndən sonra araşdırmalara başlanılıb: "İki gün əvvəl prokurorluqdan zəng edib dedilər ki, sizin şikayəti "Bandotdel"ə tapşırmışıq, onlar araşdıracaq. Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, bu adamları tapsınlar, mənim adıma açılan şirkətlərin vergi borcunu ödətdirsinlər ki, mən gedib ərimi görə bilim. Həmin adamlar da bu işlərə cəzalarını alsınlar".

Bakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTOBakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTOBakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTOBakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTOBakıda yazıb-oxumağı bilməyən qadının adına milyonluq şirkət açdılar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1613   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Butikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu

Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri

16:21 0
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 0
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 0
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

14:28 0
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 0