Xaçmazda quldurluq etmiş maskalı şəxs tutulub

Xaçmazda quldurluq etmiş maskalı şəxs tutulub

Xaçmaz rayonunda quldurluq hadisəsi baş verib.

BiG.AZ Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, DİN-in “102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub. Müraciətlə əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırılmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 211 Tarix: 08.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər