Arıqlaya bilməyənlər oxusun

Arıqlaya bilməyənlər oxusunArıqlaya, qida asılılığından və sellülitdən qurtula bilmirsinizsə, daimi aclıq hissini boğmağa çalışırsınız, ciddi sağlamlıq probleminiz ola bilər.

İnsulin müqaviməti nədir? Və niyə heç bir pəhriz artıq çəkidən, daimi aclıq hissi, depressiya, yorğunluq və apatiyadan xilas olmağa kömək edə bilməz?

Publika.az Rusiya mətbuatına istinadən oxucuları qidalanma mütəxəssisi və bloger Olqa Burakovanın müsahibəsini təqdim edir. Ekspert düzgün qidalanma və insulinin vücuda təsirini şərh edib.

- İnsulin müqaviməti (İM) nədir?

- Bu, hüceyrənin insulinə həssaslığını itirməsidir. Bədənimizdəki hər hüceyrə qidadan aldığı qida maddələrinə ehtiyac duyur. İnsulin yemək zamanı mədəaltı vəzi tərəfindən ifraz olunur, bu anda orqan qida maddələrinin olduğu hüceyrələrə siqnal verir. Sağlam insanın bədənində hüceyrələr dərhal siqnala cavab verir və insulin müqavimətindən əziyyət çəkənlərdən fərqli olaraq qandan bütün zəruri maddələri sovurur. Qeyri-sağlam vəziyyətdə hüceyrələr bu siqnalı oxumur, nəticədə daha az qida alır və "ac" qalırlar, dolayısı ilə qanda şəkərin səviyyəsi sürətlə yüksəlir. Odur ki, şəkərli diabet ilə bağlı problemlər: İM 2 tip diabet xəstəliyinin ilk addımdır. Təəssüf ki, bu əlamətlər bu gün uşaqlarda daha çox rast gəlinir.

- İM əlamətlərini tanımaq mümkündürmü?

- Dəqiq diaqnoz qoymaq üçün yenə də testdən keçmək məsləhət görülür. Ancaq insulin müqaviməti ilə bağlı problemləri göstərən bir neçə açıq əlamət var:

bədəndəki qırmızı xal və nöqtələr

qara akantoz

papillomalar

enerjinin olmaması, yorğunluq hissi

pis əhval-ruhiyyə, apatiya

daimi aclıq

menstruasiya problemləri

PCOS - polikistik yumurtalıq sindromu

yüksək təzyiq

80 sm-dən çox bel ölçüsü

İM həm dolğun, həm də arıq insanlarda ola bilər. Qanda insulinin davamlı olaraq yüksək olması nəticəsində kistlər, miyomalar da daxil olmaqla şiş riskinin artdığını bilmək vacibdir.

- İM-in ən çox yayılmış səbəbləri hansılardır?

- Başlıca səbəbi tez-tez yeməkdir, xüsusən sadə karbohidratlar və yüksək insulin indeksi olan məhsullar: məsələn, süd məhsulları, şirniyyatlar, meyvələr. Gec-tez qeyri-sağlam qidalanma və həddindən artıq yemək İM-yə səbəb olur. Həm də tez hazır olan fəstfud yeməkləri. Yadda saxlayın ki, insulin səviyyəsi qanda yeməkdən 3 saat sonra aşağı düşür. Əgər davamlı olaraq bir şey yeyirsinizsə və ya qismən yeyirsinizsə, onda insulini gündə 16 saat yüksək səviyyədə saxlayaraq, mədəaltı vəzi yükləyirsiniz.

- Bəs idmançılar və fitnes modellərin tez-tez, amma az-az yemək məsləhəti nə dərəcədə faydalıdır?

- Fakt budur ki, peşəkar bodibildistlərin və fitnes modellərinin əsas vəzifəsi ən qısa müddətdə əzələ kütləsini yaratmaq və yarışlara çıxmaqdır. Təəssüf ki, bədənin sağlamlığı ilə əlaqəli digər məsələlər də çox vaxt onlar üçün arxa plana keçir. Yüksək proteinli pəhrizlə istənilən bədən quruluşunu əldə edir, sonra qürurla və qismən məsuliyyətsiz şəkildə arıqlamaq təcrübəsini başqaları ilə bölüşürlər. Onların bir çoxu köklükdən əziyyət çəkən insanların əksəriyyətində insulin müqavimətinin problemləri və digər xəstəliklərin olması barədə düşünmürlər.

Belə qidalanma əzələlərin böyüməsi üçün idealdır, lakin belə bir rasion artıq çəki və hormonal pozğunluğu olan insanlar üçün uyğun deyil. Sərt desək, belə pəhriz uzun müddət ərzində heç kimə uyğun gəlmir. Hər 3 saatdan bir şey çeynəmək sadəcə fizioloji proses deyil: daim qanda insulin səviyyəsini yüksəldir və mədəaltı vəzi yükləyir. Əksər qızlar üçün bu gün cazibədar bədən quruluşuna malik olmaq sağlamlığından daha vacibdir.

- Bəzi qidaların uğursuz birləşməsi, məsələn karbohidratlar və proteinlər, İM problemini daha da artıra bilər?

- İnsulin müqavimətində məhsulların uyğunluğu o qədər də vacib deyil. Ən vacibi odur ki, yemək yeyərkən mədəaltı vəzi yükləməyin və eyni zamanda bir çox fərqli qidanı qarışdırmayın. Əks təqdirdə, hər hansı bir qida pis həzm edilərək bədən tərəfindən udulduğu zaman ferment çatışmazlığı probleminə səbəb olacaq. Bu problem sizi ahıl yaşdan əvvəl narahat etməməlidir. Təəssüf ki, qeyri-sağlam qidalanma nəticəsində 30 yaşlı gənclərdə də ferment çatışmazlığı rast gəlinir.

Sürətlə həzm olunan karbohidratlar, meyvə və xəmir xörəkləri, qlisemiya və insulin göstəriciləri də daxil olmaqla yüksək şəkər tərkibli qidalar insulin müqaviməti problemini kəskinləşdirir.

- Yağların karbohidratlardan daha vacib olduğunu demək olar?

- Yağlı qidalar qəbul edildikdən sonra qandakı insulinin səviyyəsi yüksək karbohidratlı yeməklərdə olduğu kimi çox yüksəlmir. Ancaq bədənin bütün qidalara ehtiyacının olduğu unudulmamalıdır, bir məhsulun artıqlığı və ya olmaması bizim üçün zərərlidir. Yağlı məhsullarla qidalanmaq keto pəhrizinə yaxındır. Şəxsən mən arıqlamaq üçün bu funksional pəhrizə qarşıyam.

Genetik olaraq, hamımız fərqliyik: kimdəsə yağların maddələr mübadiləsi pozulur, kimdəsə karbohidratların. Odur ki, düzgün rasionun hazırlanmasında bədənin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Hər kəs üçün universal ideal pəhrizin olmadığına inanıram. Ancaq bəzi qidalanma tövsiyələrini ümumiləşdirmək olar.

Günə çox az karbohidrat, proteinli və yağlı səhər yeməyi ilə başlayın. Məsələn: avokado və yumurtanı qarabaşaq yarmasından bişirilən çörəklə yeyə bilərsiniz. Belə səhər yeməyi şirniyyat və tortlara olan istəyi tədricən azaldır. Günə süd, meyvə və südlü müsli yeyərək başlasanız, qandakı insulinin səviyyəsini çox artıracaq, bu məhsullar aclıq hissini artırdığı üçün şirniyyatlara can atırsınız.

Süd və qlüten tərkibli məhsulları aradan qaldırın və ya ciddi şəkildə məhdudlaşdırın. Əgər heç bir halda çörəkdən imtina etmək istəmirsinizsə, onda qlüten, laktoza, kazein dözümsüzlüyünü yoxlamaq üçün müayinədən keçin. Həm də genetik testdən keçməyi məsləhət görürəm.

Şəkər, şərbət və digər qatqı maddələrinin istifadə olunduğu bütün məhsullardan uzaq durun. Gündə 2-3 ədəd meyvə ilə kifayətlənin. Bu, sağlamlığınızı artırmaqla yanaşı, dərinizin cavanlığını da müdaifə edəcək: kollagen və elastin şəkərə çox həssasdır.

Gündə 3 dəfə yemək yeyin!

Hər yeməyə göyərti və yaşıl tərəvəz salatı əlavə etmək məsləhət görülür, gündə 2 porsiya salat yeyin.

Aktivliyin səviyyəsindən asılı olaraq yeyilən karbohidratların miqdarını normallaşdırın: məsələn, oturaq iş rejimində çalışırsınızsa, yalnız səhər yeməyində bir neçə mürəkkəb karbohidrat yemək kifayətdir, nahar və şamda qarnir olaraq sadəcə meyvə və tərəvəz seçin. Aktiv həyat tərziniz varsa, o zaman karbohidratlara daha çox icazə verilir.

- İdman İM probleminin öhdəsindən gələ bilərmi?

- Bəli! Birmənalı olaraq. İdman hüceyrələrin insulinə həssaslığını artırır. Ancaq ən başlıcası, nizamlı güc məşqləri ilə bədən keyfiyyəti, əzələ və yağ kütlələrinin nisbəti daha yaxşı hala gəlir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1451   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 344
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 341
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 1147
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 8
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 254
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 103
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 121
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 717
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 442