"Bu, Prezidentimizin bayrağa olan sevgisindən irəli gəlir" - RƏYLƏR

"Bu, Prezidentimizin bayrağa olan sevgisindən irəli gəlir" - RƏYLƏR"Ölkə Prezidentinin sərəncamı ilə 2009-cu ildən etibarən noyabr ayının 9-u Bayraq Günü qeyd olunur. Bu, ölkə başçısının Azərbaycanın dövlət rəmzlərinə, o cümlədən Azərbaycanın dövlət bayrağına olan sevgisindən irəli gəlir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

"Bayraq hər bir dövlətin qürur mənbəyidir, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçrəngli bayraqla qürur duyur. 9 noyabrın Bayraq Günü elan olunması hamımızın ürəyindəndir. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın bir çox yerində, müxtəlif beynəlxalq təşkilatlarda dalğalanır. Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan günü-gündən inkişaf edir, güclənir. Aprel döyüşlərində də Azərbaycan Ordusunun gücü göründü. Bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə bitdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Lələtəpə yüksəkliyi və bir çox digər ərazilərimiz düşmən işğalından azad olundu, bayrağımız həmin ərazilərdə dalğalanmağa başladı. Torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o yerlərdə də bayrağımızın dalğalanacağına inanıram".

Deputat Cavid Osmanov:

"Torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o yerlərdə də bayrağımızın dalğalanacağına inanıram".

Deputat Naqif Həmzəyev isə "Report"a açıqlamasında xatırladıb ki, Azərbaycan Respublikasının bayrağı Azərbacan Xalq Cümhuriyyəti dövründə ilk dəfə Gəncə şəhərində dalğalanıb:

"İyun ayının 16-da Milli Şura Gəncəyə köçürüldükdən sonra 21 iyunda Azərbaycan Respublikasının bayrağı qəbul edildi. Onda bayrağımız qırmızı rəngdəydi və üzərində aypara, 8 guşəli ulduz var idi. Lakin Bakı işğalçılardan azad olduqdan sonra ilk dəfə 9 noyabr tarixində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının yerləşdiyi binada dalğalandı. Həmin dövrdə üçrəngli bayraq qəbul edilmişdi. Şərqdə ilk demokratik respublikanın üçrəngli bayrağının hər bir rənginin anlamı var. Təəssüflər olsun ki, Azərbaycan işğal olduqdan sonra bu bayraq istifadə edilmədi, Sovetlər dövründə Azərbaycan Respublikasının başqa bayrağı oldu. Lakin, 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yenidən üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasında dalğalandı və qəbul edildi. Sonradan - 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağı Azərbaycan Respublikasının bayrağı olaraq qəbul edildi. O gündən indiyə qədər üçrəngli bayrağımızın altında şərəflə müxtəqillik dövrümüzü yaşayırıq. Prezidentimizin sərəncamı ilə 2009-cu il etibarən hər il noyabr ayının 9-da Bayrağı Günü qeyd olunur. Bu çox təqdirəlayiq bir haldır. Çünki bayraq müstəqliyyin əsas əsas rəmzlərindən biridir. İnanıram ki, tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik və üçrəngli bayrağımız Qarabağ torpaqlarında da yüksələcək".

Deputat Naqif Həmzəyev:

"Azərbaycan Respublikasının bayrağı Azərbacan Xalq Cümhuriyyəti dövründə ilk dəfə Gəncə şəhərində dalğalanıb".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693