Öldürülən Cavid Hacıyevin anası: "Onun dostu qəddarcasına qətl törədib və 5 gün cəsədə qarşı vəhşilik edib" - FOTO / VİDEO

Öldürülən Cavid Hacıyevin anası: "Onun dostu qəddarcasına qətl törədib və 5 gün cəsədə qarşı vəhşilik edib" - FOTO / VİDEO"Bu gün oğlumun məzarını ziyarət etdim ... Bu cür yaxşı insanı necə öldürmək olardı? O, heç vaxt heç kəslə münaqişə etməyib, hər şeyə öz zəhmətilə nail olub... Onun yoxluğunu hiss etmək dözülməzdir. Övladımın qatilinin rahat yaşadığını bilmək bundan da betərdir. Mənə deyirlər ki, böyük pullar çox şeyə qadirdir, lakin mən buna inanmaq istəmirəm. Heç nə cəzasız qalmamalıdır, əks təqdirdə biz özümüzü əmniyyətdə hiss edə bilmərik, o zaman bütün qətllər cəzasız qalacaq..."

BiG.AZ-ın verdiyi xəbərə görə, bu sözləri Media.Az-a Ukraynada öldürülən Cavid Hacıyevin anası deyib.

Öldürülən Cavid Hacıyevin anası: "Onun dostu qəddarcasına qətl törədib və 5 gün cəsədə qarşı vəhşilik edib" - FOTO / VİDEOXatırladaq ki, oktyabrın əvvəllərində 22 yaşlı azərbaycanlı tələbə, rəqqas Cavid Hacıyev Kiyevdə vəhşicəsinə qətlə yetirilib.

Öldürülən Cavid Hacıyevin anası: "Onun dostu qəddarcasına qətl törədib və 5 gün cəsədə qarşı vəhşilik edib" - FOTO / VİDEODaha öncə mətbuatda yayılan məlumata əsasən. Azərbaycan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun soydaşlarımızın hüquqlarının qorunması və onlara qarşı törədilən cinayətlərin üstünün açılmasına dair göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib ki, Daxili İşlər Nazirliyinin səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb. Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib. Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Müzakirələrdə Ukrayna Milli Polisin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.

Öldürülən Cavid Hacıyevin anası: "Onun dostu qəddarcasına qətl törədib və 5 gün cəsədə qarşı vəhşilik edib" - FOTO / VİDEO"Polis əməkdaşları vanna otağında bıçaq yaraları və çoxsaylı xəsarət alan 22 yaşlı azərbaycanlının cəsədini tapıblar. Hadisə yerinə baxış keçirilərkən, elektrik mişar, üç kanistr yanacaq, rezin maska, balta, paketlər və digər aksesuarlar tapılıb. Çox güman ki, cinayətkar onların vasitəsilə cəsədi parçalayıb hadisə yerindən çıxarmağı planlaşdırıb", - deyə prokurorluğun məlumatında bildirilir.

"Nazir Vilayət Eyvazovun tapşırığını bilən kimi dərhal təşəkkür məktubu göndərdim. Bu, dövlətin vətəndaşlarımızın tərəfində durduğunu və oğlumun qətlinin cəzasız qalmamalı oduğunu göstərir. Ukrayna tərəfi bütün sübut bazasının toplandığını, bircə qatilin saxlanılmasının qaldığını bildirir. Deyilənə görə, o, Ukraynanı tərk edib və beynəlxalq axtarışdadır ", - deyə Mina Hacıyeva əlavə edib.

Onun sözlərinə görə, Hacıyevin qətlində əsas şübhəli şəxs olan Əli Abdullayevin valideynləri baş verənlərə heç bir reaksiya vermir:

Öldürülən Cavid Hacıyevin anası: "Onun dostu qəddarcasına qətl törədib və 5 gün cəsədə qarşı vəhşilik edib" - FOTO / VİDEO"Mən onların oğlunun şəklini dərc edirəm, onu qatil adlandırıram. Lakin Əli təqsirli deyilsə, niyə qaçıb və onunla əlaqə yaratmaq olmur? Onların əsas məqsədi hər şeyi unutdurmaq və cinayəti cəzasız qoymaqdır. Qətl ərəfəsində Əli Cavidi Kiyevə dəvət etmişdi. O zaman oğlum Almaniyada təlimlərdə idi, sonra dostları ilə Belçikaya getdi. Daha sonra isə Frankfurtdan Bakıya qayıtmalı idi. Əli oğlumdan təkidlə Kiyevə gəlməyi tələb edirdi, bundan sonra onlar Avropanı maşınla gəzməyi planlaşdırırdılar. Oğlumun tətilindən iki həftə qalmışdı. Sonradan məlum oldu ki, Əlinin heç bir Şengen vizası yox imiş. Onun üçün vacib olan Cavidi bir yolla Ukraynaya gətirmək olub".

Mina Hacıyeva oğlunun qəsdən Ukraynaya dəvət olunduğunu düşünür: "Hesab edirəm ki, onun dostu qəddarcasına qətl törədib və 5 gün cəsədə qarşı vəhşilik edib. Normal insan bunu necə edə bilər?! Hesab edirəm ki, bu, öncədən hazırlanmış, qəddar və qabaqcadan düşünülmüş bir qətldir".

Xatırladaq ki, oğlunun qətli ilə əlaqədar Mina Hacıyeva Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Azərbaycanın Baş prokuroru Zakir Qaralova, Ukrayna Prezidenti Vladimir Zelenskiyə, eləcə də Azərbaycanın Ukraynayla qonşu ölkələrdəki səfirliklərinə cinayətkarın saxlanılmasına yardım etmələri üçün müraciət edib.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1999   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 48
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

16:21 238
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

14:25 124
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

20:45 76
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

21:00 68
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

20:44 134
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 715
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 509