"Heç vaxt estetik əməliyyat etdirməmişəm"

"Heç vaxt estetik əməliyyat etdirməmişəm""Mənə tez-tez sual verirlər ki, estetik əməliyyat keçirmisiz? Buna yeganə cavabım budur: Xeyr!".

BiG.AZ xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Dilarə Kazımova yazıb:

"Əməliyyat proseslərinin hər birindən ehtiyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb edirəm. Özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim, bu gün dünənkindən daha yaxşı olmaqdır. Sizə isə kiçik məsləhətim: özünüzü sevin. Cərrahi, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə üzərinizdə çalışın. İdeal olmaq öz əlimizdədir. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman edərəm və məni narahat edən məqamdan azad olaram".

"Heç vaxt estetik əməliyyat etdirməmişəm"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1065   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş