Məşhur milyarder Göyçaya gəldi - FOTO

Məşhur milyarder Göyçaya gəldi - FOTO

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov doğulduğu Göyçay rayonuna qonaq gəlib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, F. Əhmədov rayonda həmyerliləri və sinif yoldaşlarıyla görüşüb. Sosial şəbəkələrdə iş adamının Göyçay gəzintisi ilə bağlı foto paylaşılıb.

Qeyd edək ki, son vaxtlar azərbaycanlı biznesmenin adı müxtəlif qalmaqallarda səsləndirilir. Onun keçmiş yoldaşı Tatyana Əhmədovadan boşanması da mətbuatın diqqətində olub. Hətta F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biri kimi tarixə düşüb. Buna görə də iş adamının İngiltərədəki aktivlərinin bir hissəsi dondurula biləcəyi haqqında məlumatlar da yayılıb. Səbəb isə F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsidir. Məhkəmənin qərarına əsasən biznesmen T.Əhmədovaya sərvətindən 450 milyon funt-sterlinq ödəməli olsa da, biznesmen keçmiş xanımının hesabına yalnız 5 milyon funt-sterliq köçürüb.

Xatırladaq ki, FORBES-in Rusiyalı milyarderlərlə bağlı yeni siyahısında F. Əhmədov 1,4 milyardlıq sərvəti ilə (ötən ilki sərvəti 1,3 milyard olub) 69-cu yerdə qərarlaşıb.

Məşhur milyarder Göyçaya gəldi - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2069 Tarix: 07.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər