Məşhur aktyor ölümündən 65 il sonra filmə çəkiləcək - VİDEO

Məşhur aktyor ölümündən 65 il sonra filmə çəkiləcək - VİDEO

1955-ci ildə avtomobil qəzasında vəfat edən Hollivud aktyoru Ceyms Din yeni filmdə rol alacaq.

BiG.AZ-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Hollywood Reporter" yazır.

İki dəfə "Oskar" mükafatına namizəd olan Ceymsin obrazı kompüter qrafikasının köməyi ilə "Cek axtarışında" filminə salınacaq. Film Vyetnam müharibəsi haqqındadır.

Kinostudiya aktyorun ailəsindən icazə alaraq, bu obrazdan istifadə etmək hüququnu əldə edib. Dinin personajı ikinci dərəcəli rolda olacaq.

Filmi 2020-ci ildə ekranlara çıxarmaq planlaşdırılır.



Natəvan Baxşiyeva


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 435 Tarix: 07.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər