17 yaşlı gənc bütün tətillərini kompüter arxasında keçirdi - İNSULTDAN ÖLDÜ

17 yaşlı gənc bütün tətillərini kompüter arxasında keçirdi - İNSULTDAN ÖLDÜ

Taylandlı Pləvat Harikin 17 yaşında insultdan ölüb. Ömrünün son həftəsini o, hətta gecələr belə, monitorun önündən çəkilmədən kompüter oyunları oynamaqla keçirib.

BiG.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Yeniyetmə tətildə olduğu üçün bütün boş vaxtını onlayn oyunlara həsr edib. Valideynləri onu oyunlardan çəkindirməyə çalışsalar da, kompüteri əlindən almayıblar, əksinə, yeməyini otağına gətirərək, şərait də yaradıblar.

Bir gün otağına növbəti dəfə yemək gətirən ata övladının yerdə huşsuz halda uzandığını görüb və təcili yardım çağırıb. Lakin həkimlər onun artıq öldüyünü bildirib. Pləvatın insultdan dünyasını dəyişdiyi məlum olub.

Oğlanın valideynləri ümid edir ki, bu hadisə digər yeniyetmələr və onların valideynləri üçün ibrət olacaq.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 363 Tarix: 07.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər