Azərbaycanda suyun keyfiyyəti yoxlanılacaq - Laboratoriyalar yaradılıb

Azərbaycanda suyun keyfiyyəti yoxlanılacaq - Laboratoriyalar yaradılıb

“Abşeron yarımadasında böyük işlər görülüb. Fasiləsiz su alanlar 30 faizdən 81,5 faizə qalxıb”.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransında deyib.

Sədr bildirib ki, Bakıətrafı 27 qəsəbədə 270 km uzunluğunda su xətti çəkilib:

“Hazırda Gəncə, Şəki, Şirvan, Qax və Şəmkir rayonlarında kanalizasiya işləri aparılır. 5 rayonda isə - Yevlax, Bərdə Horadiz, Balakən, Neftçala işlərə artıq start veriləcək.

Yağıntıların az olması ilə bağlı iyun, iyul aylarında bir neçə rayonda su çatışmazlığı yaşandı. Bu səbəbdən Gədəbəy və Lerikdə alternativ su mənbələrinin tikilməsinə başlanılıb, gələn il isə Şamaxı, Tovuz və Şəkidə başa çatması planlaşdırılıb.

Regionlarda suyun keyfiyyəti ilə bağlı onu deyə bilərəm ki, regional laboratoriyalar yaradıldı və ilk mərhələdə qurumun öhdəliyində olan bütün su mənbələrinin nəzarətə götürülməsi planlaşdırılır. Rayonların su pasportu hazırlanır. Bir çox kənd var ki, orada ciddi su problemi var və artıq 18 kənddə layihə əsasında işlərə başlanılıb”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 135 Tarix: 07.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər