Qonşuları tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirildi

Qonşuları tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirildi

Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.

BiG.AZ apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində iki qonşu arasında düşən mübahisə dava ilə nəticələnib. Qonşular arasında yaranan mübahisəyə bir qonşunun digər qonşunun həyətinə su buraxması səbəb olub.

Münaqişə zamanı 1960-cı il təvəllüdlü Salamova Elnaz Kərim qızı qonşusu və oğlu tərəfindən döyülüb. Xəsarət alan 59 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 290 Tarix: 07.11.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər