Aparıcıdan Əməkdar artistə ağır sözlər: "Başın boşdur, cəhənnəm ol"
Aparıcı Sərxan Kərəmoğlu onu tənqid edən Əməkdar artist Teymur Əmraha cavab verib.
BiG.AZ xəbər verir ki, Sərxan "Show nesws" verilişində müğənninin sözlərinə cavab olaraq bu sözləri deyib:
"Teymur Əmrahın çox gözəl yaddaşı var. Birdə görürsən ki, mənə deyir ki, filankəs neçənci ildə doğulub? Cavabında deyirəm ki, cəhənnəm ol, əcəb edirəm bilmirəm. Sənin həyatda nə problemin var ? Arvad, uşaq, ailə problemin yoxdur. Başın boşdur, məlumatları ora yükləyirsən. Mənimsə başım doludur. İçərisində yer yoxdu. Mənə deyir ki, sən ali məktəbə daxil oldun, oxumadın. Teymur, sənin işin-gücün yox idi deyə gedib oxudun. Mən elə bir vaxtda ali məktəbə daxil oldum ki, ailə bir tərəfdə, atamı da itirdim. Mən o zaman oxumaqla, yoxsa problemlərimlə məşğul olmalı idim? Sənətkar olmaq üçün sənətkar doğulmaq lazımdır. Sınıqçının yanına gedəndə ondan ali diplom tələb edirik?"
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş