Xatun "anakonda" adlandırdığı Natavandan nə istəyir?

Xatun "anakonda" adlandırdığı Natavandan nə istəyir?Müğənni Xatun Əliyeva qalmaqal yaşadığı həmkarı Natavan Həbibiyə yenə söz atıb.

Axşam.az xəbər verir ki, sənətçi küsülü olduğu ifaçının fotosunu əlində tutaraq şəkil çəkdirib. Xatun İnstaqramda yerləşdirdiyi şəklə "Özlədim söhbətini, o səsini özlədim" sözlərini yazaraq, Natavanı işarələyib.

Sənətçinin barışıq addımı sosial şəbəkədə də birmənalı qarşılanmayıb. Bir çoxları onu tənqid edib. Qarşı tərəf isə Xatuna heç bir reaksiya verməyib.

Qeyd edək ki, Xatun "ATV maqazin onlarla" verilişində natavanı "anakonda" adlandırmışdı:

"Natavan deyir ki, mən qızılam, brilyantam, məni istəyin. Hər nöqsanımla, aqresiyamla, süni gülüşlərimlə məni qəbul edin. Axı elə deyil. Çox qeyri-səmimidir və onunla danışmıram. Əmr verən hərəkətlər edir: "Otur yerində". Şou-biznesin qırığına da, bütövünə də canım qurban. Allah adamı yarımçığından qorusun.

Bir dəfə Natavanla aramızda soyuqluq olmuşdu, özü barışdı. Onu başa düşmürəm, məcbur da deyiləm, istəmirəm də. Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada "anakondalıq" edirdi. Mən də dedim ki, otur yerində. Allah köməyi olsun".

Xatun "anakonda" adlandırdığı Natavandan nə istəyir?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1478   Tarix: 07 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş