"Bakını inkişaf edən Azərbaycanın vitrini adlandırmaq olar" - RƏY

"Bakını inkişaf edən Azərbaycanın vitrini adlandırmaq olar" - RƏY

Noyabrın 4-də Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib. Prezident İlham Əliyev Bakı şəhərinin inkişafının daim diqqət mərkəzində olduğunu və şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət etdiyini bildirib. Dövlət başçısı şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasından və bir çox önəmli layihələrin icra edilməsindən də danışıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən söylədiyi fikirlər təkcə Bakıya deyil, Azərbaycanın bütün şəhər və rayonlarının inkişaf perspektivinə dair çox ciddi dövlət proqramı kimi qəbul edilə bilər: “Əvvəla, şəhərsalma ilə bağlı atılan bütün addımlar insanların rahatlığına xidmət etməlidir. Göründüyü kimi, qəbulda cənab Prezident Bakıda binalarda yeni liftlərin quraşdırılması, nümunəvi məhəllələrin yaradılması, şəhərin görünüşünə xələl gətirən binaların bərpası və binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı məsələlərə toxunub. Həmçinin yeni yaşayış kvartallarının salınması məsələsinə məsuliyyətli yanaşılma qoyuldu. Prezident tapşırıq verdi ki, insanlar incidilməsin, yeni binaların inşası yaşayış olan binaların sakinlərinə problem yaratmasın. Bu, çox ciddi məsələdir. Şübhəsiz ki, Prezidentin tapşırıqları ciddi şəkildə nəzərə alınacaq. Biz artıq tamamilə yeni bir Bakının yaranmasının şahidi olacağıq. Birmənalı şəkildə deyə bilərik ki, Bakının gözəlləşməsi, turistlərin istirahət etməsi və yaşayış üçün rahat bir məkana çevrilməsi bu gün ümumdövlət strategiyası olaraq qarşıya qoyulub. Bunu həyata keçirmək üçün dövlət başçısının iradəsi və ciddi proqramı var. Bunları yerinə yetirmək üçün isə məmurlardan və məsul şəxslərdən çox ciddi işlər tələb olunur”.
"Bakını inkişaf edən Azərbaycanın vitrini adlandırmaq olar" - RƏY

Deputat hesab edir ki, Bakı bu gün hər bir azərbaycanlının sevimli şəhəridir: “Bakıda doğulub-doğulmamağından, burada yaşayıb-yaşamamağından asılı olmayaraq hər bir şəxsin doğma şəhəridir. Çünki Bakı paytaxtımız olmaqla yanaşı, həm də tarixi mərkəzimizdir. Azərbaycanın bir çox tarixi hadisələri məhz bu şəhərlə bağlı olub. Eyni zamanda, Bakını inkişaf edən ölkəmizin bir vitrini də adlandırmaq olar. Hər bir nəsil Bakının inkişafına öz töhfəsini verməyə başlayıb. Həm ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev Bakının inkişafına xüsusi diqqət yetiriblər. Prezidentimizin Bakının modernləşdirilməsində, tarixi simasının saxlanılmasında xüsusi xidməti var. Hava limanından şəhərədək şəhərin görünüşü Bakı haqqında ətraflı məlumat verir. Bakıda parkların qorunub-saxlanılması, yeni parkların istifadəyə verilməsi, yeni binaların rayonlaşma üzrə inşası, tarixi binaların qorunub-saxlanılması, əhalinin həm yaşayışı, həm də istirahəti üçün şəraitin yaradılması – bütün bunlar hamısı cənab Prezidentin birbaşa tapşırığı və göstərişi vasitəsilə həyata keçirilib. Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Biz bunu gündən-günə artan turist axını ilə də açıq-aydın müşahidə edirik. Həmçinin yolların genişləndirilməsi, avtomobil parklarının yaradılması, şəhərin ekoloji vəziyyətinin qorunub-saxlanılması xüsusi diqqət və qayğının nəticəsidir”.

"Bakını inkişaf edən Azərbaycanın vitrini adlandırmaq olar" - RƏY

A.Mirzəzadə vurğulayıb ki, bu gün Bakıda zamanını yaşamış müəyyən sayda binalar var: “Vaxtı gələndə o binalar da söküləcək və yerində gözəl binalar inşa ediləcək. Təbii ki, bu söküntüyə qədər həmin binalara diqqət göstərilməlidir. Bu diqqət fasadların yenilənməsi, dam örtüyünün dəyişdirilməsi, ehtiyac olduğu təqdirdə kommunikasiyanın yenilənməsi məsələsi ilə həyata keçirilir. İnsanlar rahat bir məkanda yaşadıqlarının fərqinə varmalıdır. Nümunəvi məhəllələrə gəlincə isə bilirik ki, paytaxımızda neçə-neçə məhəllələr abadlaşdırılıb və sakinlərin istifadəsinə verilib. Orada uşaqların oynaması üçün şərait yaradılıb. Şübhəsiz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin Bakıda nümunəvi məhəllələrin yaradılması prosesində fəal iştirakı göz qabağındadır. Ümumən, hər bir problemin diqqətdə saxlanılması və həll edilməsi üçün ciddi işlər görülməsi göz önündədir”.

Deputat bir zamanlar kirayədə yaşadığı evin yerləşdiyi məhəllədən keçərkən oranı tanımadığını bildirib: “Bir müddət əvvəl vaxtilə kirayədə yaşadığım evin yerləşdiyi məhəllədən keçirdim. Təsəvvür edin ki, mən həmin məhəlləni tanıya bilmədim. Çünki mən o məhəllədə idman meydançası, yeni oturacaqlar, yaşıllaşdırılmış zolaqlar, görüntüyə xələl gətirən köşklərin götürülərək səliqə ilə kənara düzülməsini gördüm. Bu, o deməkdir ki, Bakıda real şəkildə böyük işlər görülüb və görülür. Hazırda Bakıya gözəllik verən binalar tikilir. Biz artıq insanların rahatlığı üçün yeni-yeni parkların istifadəyə verilməsinin şahidi oluruq. İnsanlar o parklardan çox böyük sevinclə istifadə edirlər. Keçmiş “Sovetski” adlandırılan ərazidə inşa edilən Mərkəzi parkın genişlənmək perspektivi var”.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 290 Tarix: 06.11.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər