Müştəri bank tərəfindən hesabına səhvən köçürülən pulu geri qaytarmaya bilərmi?

Müştəri bank tərəfindən hesabına səhvən köçürülən pulu geri qaytarmaya bilərmi?Redaksiyamıza müraciət edən bank əməliyyatçısı bildirib ki, müştərinin hesabına 100 manat əvəzinə səhvən 1000 manat köçürüb. Müştəri də öz növbəsində həmin pulu xərcləyərək onu geri qaytarmaqdan imtina edir. Belə olan halda əməliyyatçı səhvən göndərdiyi məbləği vətəndaşdan necə geri ala bilər?

BiG.AZ-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı e-huquq.az-açıqlama verən Əkrəm Həsənov bildirib ki, hesabına səhvən pul göndərilən vətəndaş əsassız varlanmış hesab olunur. O deyib ki, əsassız varlanma olduğuna görə bank vətəndaşdan pulun qaytarılmasını tələb etməlidir: "Əgər vətəndaş artıq köçürülən pulu qaytarmaqdan imtina edirsə, bu zaman bank məhkəmə qaydası ilə ondan pulu tələb edə bilər".

Ə. Həsənov analoji problemin xaricdə necə tənzimləndiyinə dair məlumat verərək qeyd edib ki, məsələn, İngiltərədə, ümumiyyətlə ingilis hüququnun tətbiq edildiyi ölkələrdə bankın səhvi ucbatından müştərinin bank hesabına artıq məbləğ köçürülərsə və məbləğ hiss olunacaq dərəcədə olmasa, üstəlik vətəndaş həmin pulu xərcləyərsə, ingilis məhkəməsi pulu ondan geri tələb etmir: "İndiki halda artıq məbləğ 10 manat olsaydı onu keçmək olardı. 900 manat hiss olunacaq məbləğ olduğuna görə, vətəndaş həmin pulu qaytarmalıdır".

Bank rəhbərliyinin səhvən artıq pul göndərən əməliyyatçıdan həmin məbləği tələb edib-edə bilməyəci məsələsinə gəlincə, vəkil diqqətə çatdırıb ki, bank yalnız bir halda artıq göndərilmiş pulu işçidən ala yaxud onun məvacibindən tuta bilər: "Vətəndaş artıq köçürülmüş pulu qaytarmasa, bank onu öz işçisindən ala bilər. Həmin vətəndaş ölərsı, yaxud bankın məhkəməyə verdiyi vətəndaşın pulu yoxdursa, o zaman bank rəhbərliyi artıq köçürülmüş pulu əməliyyatçıdan tələb edə bilər və bu qanunidir. Bank hətta məhkəməyə çəkdiyi xərcləri də öz işçisindən tələb etmək haqqında sahibdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1321   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 355
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 483
.

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib. xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso rəhbərliyi tərəfindən təxribatçı fəaliyyətdə olduqları səbəbindən persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrini

18.04.2024 115
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677