APOEL - "Qarabağ": mətbuat konfransı və açıq məşqin vaxtı

APOEL - "Qarabağ": mətbuat konfransı və açıq məşqin vaxtı

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda baş tutacaq APOEL (Kipr) - "Qarabağ" qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.

BiG.AZ xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov noyabrın 6-sı saat 19:15-da (Bakı vaxtı ilə 17:15) matçın keçirləcəyi GSP stadionunda media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 19:30-da (Bakı vaxtı ilə 17:30) baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat üçün açıq olacaq.

APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransı saat 17:00-da (Bakı vaxtı ilə 15:00) başlayacaq. 18:00-da (Bakı vaxtı ilə 16:00) Nikosiya klubunun futbolçuları GSP stadionunda oyun öncəsi son məşqə çıxacaq.

APOEL - "Qarabağ" oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də baş tutacaq.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 301 Tarix: 04.11.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər