"Gəlinlik paltarlarının satışında yaxşı pul var"- Ayan Babakişiyeva bizneslərindən danışdı

"Gəlinlik paltarlarının satışında yaxşı pul var"- Ayan Babakişiyeva bizneslərindən danışdı"İksi bir arada yalan söhbətdir"

Müğənni Ayan Babakişiyeva qardaşı ilə birlikdə qurduğu bizneslə bağlı BiG.AZ-a açıqlama verib. O, bildirib ki, həm müğənnilik etmək, həm də bizneslə məşğul olmaq asan deyil:

"Müğənniliklə məşğul olsam, belə davam etsəm mənə daha rahat olar. Çünki, 10 ildən artıqdır ki, mən səhnədəyəm və bu sahə mənə daha yaxındır. Bizneslə anam məşğul olsa daha yaxşıdır. Hazırda gəlinliklərin satışını həyata keçiririk. Çünki, bu işdə yaxşı pul var. Gözəllik salonu da var idi. Lakin onu artıq bağlamışıq. Türkiyədə də salonumuz var idi. Ona qoyduğum sərmayəni götürdüm və salonu təhvil verdik. Vaxt edib maraqlana bilmirdim. Səfərlər çox olurdu, ora vaxt ayıra bilmirdim".

Şahidə Tapdıq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2705   Tarix: 31 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş