Qəzada ölən futbolçunun paylaşımı hər kəsi ağlatdı - "Anama sözüm var..." FOTO

Qəzada ölən futbolçunun paylaşımı hər kəsi ağlatdı - "Anama sözüm var..." FOTO

Türkiyənin Bursa şəhərində gənc futbolçu yol qəzasında həlak olub.

BiG.AZ fanat.az-a istinadən xəbər verir ki, hadisə Mudanya rayonunda baş verib. Belə ki, məktəb avtobuslarından birinin sürücüsü sükana nəzarəti itirib. Nəticədə avtobus səkidə dayanan şagirdləri vurub. Hadisə nətiəsində ağır yaralanan 15 yaşlı İsgəndər Şimşək adlı futbolçu xəstəxanada həyatını itirib.

Türkiyənin həvəskarlar liqasında qapıçılıq edən İsgəndər Şimşəkin iki il öncə sosial mediada etdiyi paylaşım üzə çıxıb və hər kəsin kədərlənməsinə səbəb olub. Gənc futbolçu iki il əvvəl sosial media hesabında bu sözləri yazıb: "Anama sözüm var. Onu villalarda yaşadacam".

Qeyd edək ki, İsgəndər Şimşək həvəskarlar liqasında çıxış edən "Nilüfər Altınşəhər Gənclik və Spor" klubunda çıxış edirdi.
Qəzada ölən futbolçunun paylaşımı hər kəsi ağlatdı - "Anama sözüm var..." FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1260 Tarix: 31.10.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər