"Yəqin ki, məni istedadsız hesab edirlər" - Kənan MM -lə MÜSAHİBƏ

"Yəqin ki, məni istedadsız hesab edirlər" - Kənan MM -lə MÜSAHİBƏTürkiyənin məşhur "Savaşçı" serialında Azərbaycan zabitini rolunu canlandıran Kənan M.M-in BiG.AZ-a verdiyi müsahibəsini təqdim edirik:

Necə oldu ki, Türkiyədə seriala çəkildiniz?

- Türk bayrağı ilə foto paylaşmışdım - "Bu da bizim bayraq" başlığı ilə. Həmin foto türk saytlarında paylaşıldı. Daha sonra "Savaşçı" serialının rejisoru və ssenaristi həmin paylaşımı görüb məni filmə dəvət etdi.
"Yəqin ki, məni istedadsız hesab edirlər" - Kənan MM -lə MÜSAHİBƏ-Bildiyimiz qədəri ilə "Savaşçı" serialında iki bölümdə çəkilmək üçün getmişdiniz . Lakin hələ də oradasınız. Artıq neçə bölümdə çəkilmisiz? Necə oldu ki, iki bölümdən artıq çəkilməli oldunuz?

- Bəli, doğrudur. Əslində 1-2 bölümdə çəkiləcəkdim. Azərbaycandan bəhs edilən bölümlər reytinq verdi və mənim öz adıma, serialda canlandırdığım obrazın adına səhifələr açıldı. Çəkliş qrupu bunları nəzərə alaraq məni serialda saxladı.

"Yəqin ki, məni istedadsız hesab edirlər" - Kənan MM -lə MÜSAHİBƏ- Türkiyənin bir çox seriallarında azərbaycanlı aktyorlar çəkilib və hələ də çəkilir. Lakin orada seriallara çəkilən aktyorlarımız xadimə, dayə və.s rollarını canlandırırlar. Bəs necə oldu ki, siz bu stereotipi qırdınız və yüzbaşı Bəxtiyar obrazını canlandırdınız?

Mənim üçün böyük rol , kiçik rol anlayışı yoxdur. Düzdür, epizod rollar belə hallarda millət olaraq bizi üzə bilər. Amma o sadəcə bir obrazdır. Axı əslində ölkədə hamı iş adamı, millət vəkili deyil. Mən düşünürəm ki, serialda qalma səbəbim kollektiv arasında olan şəxsi nüfuzumdur.

"Yəqin ki, məni istedadsız hesab edirlər" - Kənan MM -lə MÜSAHİBƏ- Sizin fikrinizcə niyə bizim aktyorlar Türkiyə seriallarında belə obrazları canlandırırlar?

Bu suala cavab verə bilməyəcəm. Çünki həqiqətən bilmirəm. Bəlkə də bu təsadüfdür.

-Türkiyəyə gedərkən bir daha Azərbaycan film və seriallarına çəkilməyəcəyinizi bildirdiniz. Hələ də bu fikirdəsiniz yoxsa nə vaxtsa çəkilmək istəyərsiniz?

- Mənim xəmirim Azərbaycan ilə yoğrulub. Sadəcə hazırda Azərbaycanda sənətə münasibət elə bir vəziyyətdədir ki, düşünürəm ki, mənim çəkdiklərim izləyicilər üçün dəyərsizdir. Güvənərək çəkdiklərim izlənilmədi. Utanaraq çəkdiklərimdən pul qazandım.

"Yəqin ki, məni istedadsız hesab edirlər" - Kənan MM -lə MÜSAHİBƏ- Növbəti bölümlərin senarisində Azərbaycan haqqında nələrsə gözləyək?

- Ssenaridən bizim xəbərimiz olmur.

- Sirr deyilsə, nə qədər qonorar alırsınız?

- Azərbaycanda verilən məbləğdən yaxşıdır.

Qarabağ və Xocalı mövzusunu seriala salmaq çətin olmadı ki?

Əlbəttə, çətin oldu. Mən o serialın rejisoru deyiləm. Sadəcə xaiş edə bilərdim və etdim.
"Yəqin ki, məni istedadsız hesab edirlər" - Kənan MM -lə MÜSAHİBƏ-Ötən günlərdə idmançı Kamil Zeynallı Azərbaycanda bəzi kişilər haqqında qalmaqllı fikirlər səsləndirdi. Bildirdi ki, evli kişilər kişilərlə görüşür. Bilirəm ki, belə şeylərə hər zaman qarşı çıxmısınız və açıq fikirlərinizi bildirmisiz. Son zamanlar daha çox artan cinsiazlıqlara qarşı hansı fikirlər bildirə bilərsiniz?

-Susuram...

-Modellər, sosial şəbəkədə məşhurlaşan vinelər artq aktyorluq etməyə başlayıblar. Buna münasibətiniz necədir?

-Bizə bu da azdır. (gülür)

-Türkiyədə yerli telekanallarımızı izləyirsinizmi? Hansı veriliş və hansı aparıcı kənardan baxanda efirə daha çox yaraşır?

-Hər gün ən azı 12 saat çəkilişlərdə oluruq. Televiziyaya baxmağa vaxtım olmur.
"Yəqin ki, məni istedadsız hesab edirlər" - Kənan MM -lə MÜSAHİBƏ- Azərbaycana qayıtmaq yenidən filmlər ərsəyə gətimək istəyirsinizmi?

- Mən Bakı üçün, Azərbaycan üçün çox darıxıram. 3 ay məzuniyyət vaxtında Azərbaycanda oldum. Heç bir film və serialdan mənə təklif gəlmədi. Yəqin ki, məni istedadsız hesab edirlər. Amma, mən bu sənəti Azərbaycanda öyrəndim. Hiss etsəm ki, nə zamansa, Azərbaycan səhnəsində mənə ehtiyac var o zaman qayıdaram.

Lamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2104   Tarix: 30 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693