Müğənnilər kişi üstündə dava etdi

Müğənnilər kişi üstündə dava etdiMəşhur müğənnilər Hande Yener və İzəl twitter-də dalaşıblar.

Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, İzel bir müddət əvvəl sevgilisi olduğu Sinan Akçılla münasibət yaşayan Hande Yenere twitter hesabında xəbardarlıq edib: "Hande niyyətin məni dəli etmək idi və 10 il sonra bunu bacardın. Məndən və sevdiklərimdən uzaq ol artıq. Təmizlə ürəyini, mənim belə səbrimi tükətdin… Saxta mələk. Bu məsələ 15 ildir davam edir. Səbəblərini yazmağa bura həriflər yetməz. Məsələ çox uzundur və heç nəyi bilmirsiniz. Qısqanclıq, reklam olsaydı 15 il gözləməzdim. Səbrimi partlatdınız. Mənə yaraşmayan bir hərəkət etdirdiniz. Mən hər zaman öz işimi gördüm, sizə rəğmən yenə də işimi görəcəm".

Hande Yener isə ona cavab vermək yerinə İzelin tvitini öz hesabında paylaşmaqla kifayətlənib. Bunun ardından İzel yeni bir tivit yazıb: "Sən həqiqətən düzgün və məsum olsaydın yazdıqlarımı paylaşmaq yerinə "Xeyirdir, nə olub?" deyə soruşardın. Bacarırsan bunu da paylaş".

Qeyd edək ki, iki müğənninin münasibətlərində qəribə tərəflər var. Öncə İzellə çalışan bəstəkar Altan Çetin, bir müddət sonra Hande Yenerle işləməyə başlayıb. İzel Çetinlə yollarını ayırdıqdan sonra Sinan Akçılla işləyib. Hər kəsə bəstəsini verməsinə baxmayaraq, Akçının adı Hande Yenerle hallanır. İkili arasında eşq olduğu iddia edilir. İzelin twitter-də müğənniyə savaş açmasının səbəbi isə Yenerin yaxın rəfiqəsinə yaxınlaşması ilə bağlıdır.

mənbə: xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5354   Tarix: 17 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlkin qızının ad günündən görüntü paylaşdı

Aparıcı İlkin Həsəninin qızı Alisin ad günü olub. Axşam.az xəbər verir ki, aparıcı övladı üçün evində məclis edib. İlkin ad günündən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, İlkin bloger Aysellə ailəlidir. Cütlüyün iki övladı var

26.03.2024 1013
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1191
.

Naxçıvanda konsert verən Roza səhnədəki bu hərəkəti ilə GÜNDƏM OLDU - VİDEO

Müğənni Roza Zərgərli Naxçıvanda konsert proqramı ilə çıxış edib. Bizim.Media xəbər verir ki, sənətçinin Elşən adlı azyaşlı pərəstişkarı səhnəyə qalxaraq gözlənilmədən onun dodağından öpüb. Bundan sonra nə deyəcəyini bilməyərən fanat üzünü səhnəyə tutub və etdiyi hərəkətdən utanıb. Zərgərli isə fanatını

26.03.2024 940
.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 583
.

Mətanət İsgəndərli nəvəsi ilə - Foto

Əməkdar artist Mətanət İsgəndərli adını daşıyan nəvəsi ilə görüntüsünü paylaşıb. Axşam.az xəbər verir ki, müğənni Mətanətlə şəklinə "Gözəl balam Mətişim, səni çox sevirəm. Şirin nəvəm, Mətanətim" sözlərini yazıb. Qeyd edək ki, Mətanət sənətçinin oğlu Kərimin övladıdır. Kərim bir neçə il əvvə

28.03.2024 571
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 0
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 608
.

Yıldız Tilbe təqaüdə çıxıb

Türkiyəli müğənni Yıldız Tilbe təqaüdə çıxıb. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Təqaüdçü oldum. Əvvəllər təqaüdçülərə bir ev, bir maşın verilirdi. İndiki təqaüdçülərə Allah kömək olsun. Heç kimə möhtac olmamaq üçün ömür boyu işləməyin qarşılığında verilən təqaüd budurmu

28.03.2024 215
.

"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan aparıcıya etiraz

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər". Axşam.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Ayse

24.03.2024 504