Makqreqor Moskvaya gəlib Həbibi və dağıstanlıları TƏHQİR ETDİ

Makqreqor Moskvaya gəlib Həbibi və dağıstanlıları TƏHQİR ETDİDağıstanlı əlbəyaxa döyüş ustası, dünya çempionu titulunu qoruyub saxlayan Həbib Nurməhəmmədovun qatı düşməni, irlandiyalı Konor Makqreqor onun dalınca Moskvaya gəlib və dağıstanlıları "qorxaq" adlandırıb. Habelə Həbibin ünvanına təhqirqamiz ifadələr səsləndirib.

Makqreqor ötən gün Moskvada "Ritz-Karlton" otelində mətbuat konfransı keçirib. Həmin mətbuat konfransında Həbibin də iştirakı elan edilmişdi, amma dağıstanlı döyüşçü irlandiyalı düşməni ilə üzləşmək istəməyib.

Makqreqor deyib ki, Həbib onunla Moskvada döyüşməkdən qorxur. "O, ancaq qalib gələ bildikləri ilə döyüşür. Biz hamımız bilirik ki, dağıstanlılar kimdir. Onlar qorxaqdırlar, qaçandırlar. Ruslardan da qorxurlar, çeçenlərdən də. Həbib də belədir. Bu, onun təbiətindədir. O, burada, Moskvada mətbuat konfransı keçirməkdən qorxub qaçdı",-irlandiyalı döyüşçü ötən il onu məğlub etmiş Həbibin dalınca deyib.

Makqreqor bildirib ki, Həbiblə məsələni belə qoymayacaq. Yenidən oktaqona qayıdacaq və onunla döyüşəcək.

İrlandiyalı döyüşçünün bu açıqlamalarından sonra dağıstanlılar onun qaldığı "Ritz-Karlton" otelini mühasirəyə alıblar. Müvafiq video sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən otelin ətrafında onlarla adam toplaşıb, yaxınlıqda isə OMON növbə çəkir.

"Bu gün Konorun müraciətini gördük, deyir ki, dağıstanlılar ondan qorxur. Biz gəlmişik, otel işçiləri onun burada olduğunu gizlətməyə çalışır. Amma biz burada oturacağıq və o, aşağı düşənə qədər gözləyəcəyik",-Nurməhəmmədovun tərəfdarlarından biri deyib.

Həbib özü hələlik düşməninin hücumlarına cavab verməyib. Amma onun atası və məşqçisi Abdulmanap bildirib ki, Konor Moskvaya döyüşmək üçün gəlsə oğlu onu yenə döyəcək. (Virtualaz.org)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1303   Tarix: 25 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599