"Kimsə düz danışdığıma görə ana-bacı söyüşü söyürsə, onun özünə gedir" - Bilal Əliyev

"Kimsə düz danışdığıma görə ana-bacı söyüşü söyürsə, onun özünə gedir" - Bilal Əliyev

Millət vəkili Siyavuş Novruzov oktyabrın 19-da Bakının mərkəzində Milli Şuranın keçirməyə cəhd etdiyi icazəsiz aksiya ilə bağlı danışarkən, sözügedən məsələyə sənət adamlarının, yaradıcı təşkilatların da münasibət bildirməli olduğunu diqqətə çatdırıb.

''Ölkə.Az'' məsələ ilə bağlı bəzi sənət adamlarının fikrini öyrənməyə çalışıb.

Xalq artisti Bilal Əliyev :

"Mən öz adıma danışa bilərəm. Heç kimdən çəkinməyərək öz adımdan da həmişə danışıram. Azərbaycanı sıfırdan, böyük zəhmətlə Ulu öndər Azərbaycanın memarı, Azərbaycanın xilaskarı Heydər Əliyev yaradıb. Ondan sonra da təmiz əllərə əmanət edib. Ulu öndərimizə ən layiqli davamçı prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə əmanət edib. İlham Əliyevə əmanət edərkən eyni zamanda da xalqa da əmant edib. Ulu öndər xalqa deyib ki, ''mən özüm qədər İlham Əliyevə inanıram''. İlham Əliyev də çox gözəl bir siyasət aparır. Mən bütün xalqımızı İlham Əliyevin ətrafında çox möhkəm birliyə çağırıram. Mən başqa şeylər tanımıram. Çox xahiş edirəm, fikirlərimi olduğu kimi qeyd edin. Kim fikirlərimə sərt tənqid, söyüş yazmaq istəyirsə, yazsın. Tək mən yox, haqqı, ədaləti sevənlər hamısı bir olacaq bu yolda. Onlar hələ qalxmayıblar, qalxıb öz sözlərini deyəcəklər. Əgər haqq sözümüzü deyəndə kimsə qarşımıza keçib ana-bacı söyüşü söyürsə, o söyüşlər hamısı onların özlərinə, doğmalarına, nəsil-köklərinə gedir. Çünki heç kimin haqqı yoxdur ki, haqqı deyəni təhqir etsin''.

Qeyd edək ki, xalq artistləri Canəli Əkbərov, Rafael Dadaşov, Eldar Mansurov, Alim Qasımov, əməkdar artist Anar Heybətov məsələyə münasibət bildirmək istəməyiblər.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 704 Tarix: 22.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər