Məşhurların son günü - "Təcili yardım gələnə qədər atam canını tapşırdı" - Məhəbbət Kazımovun oğlu - FOTO

Məşhurların son günü - "Təcili yardım gələnə qədər atam canını tapşırdı" - Məhəbbət Kazımovun oğlu - FOTOModern.az saytında "Məşhurların son günü" adlı rubrikamıza davam edirik.

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Budəfəki təqdimatımız müğənni Məhəbbət Kazımova həsr olunur.

Arayış: Məhəbbət Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kişi kənd təsərrüfatı ilə məşğul olub, anası Südabə xanım isə evdar qadın idi.
Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gəlib. Asəf Zeynallı adına musiqi Texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinfində oxuyub.

1976-cı ildən peşəkar səhnədə çıxış edib. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə - Türkiyə, Rusiya, İran, Çexoslovakiya və başqa ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.
27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub
Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instirumental ansambılının rəhbəri olub. Həmin ansambl fəaliyyətini indi də davam etdirir….

Modern.az-ın Məhəbbət Kazımovla bağlı suallarını mərhumun oğlu Rəşid Kazımov cavablandırıb.

Rəşid öncə valideynlərinin tanışlığından və evləndikləri dönəmdən danışıb:

"Atamla anam eyni rayonun insanları olub. Onların evlənməyinə vasitəçiliyi böyük əmim edib. Böyük əmimlə ana babam yaxın dost olublar. Beləcə atam anamı görüb".

Müğənninin oğlu atasının xarakterindən bəhs edərkən deyib ki, Məhəbbət Kazımov olduqca sərt adam olub.

"Atam çox sərt adam idi, amma sərt olduğu qədər də mülayim tərəfləri var idi. Atam ən çox haqsızlığa dözümrdü, haqsızlıq görəndə həddindən ziyadə əsəbləşirdi. Ailədə kimsə onun sözünün üstünə söz deyə bilməzdi. O deyirdisə belə etmək lazımdır, deməli elə etmək lazım idi. Ümumiyyətlə, qarabağlılarda belə bir qayda var ki, evin kişisi əstağfürullah, bir növ Allah hesab edilir, nə deyirsə, o olmalıdır. Düzdü, efirlərdə sərt çıxışları çox olurdu, amma ürəyi çox yumşaq idi".

Əksər hallarda sənətçilər özünü işinə o qədər həsr edir ki, ailəni ikinci plana atır. Amma Rəşid Kazımovun sözlərinə görə, atası heç vaxt belə olmayıb.

"Atam ailəsiylə çox maraqlanırdı. Biz heç vaxt icazəsiz heç nə edə bilməzdik. Hər ürəyimiz istəyən yerə gedə bilmirdik, qapıdan çölə çıxanda belə, atamızın icazəsi olmalıydı. Sənət adamlarının əksəriyyəti ailəsini efirlərə çıxarır, onları mətbuatda tanıdır. Atam belə hallara qətiyyən icazə vermirdi. Mən atam dünyasını dəyişəndən sonra müsahibə verirəm".

Efirlərdən tanıdığımız Məhəbbət Kazımov spesifik xüsusiyyətləri ilə seçilirdi. Qəlbindəki Laçın dərdi mimikalarına qədər işləmişdi...Səhnədəki sərt və ciddi duruşu istər-istəməz insanın beynində sual doğururdu: görəsən Məhəbbət müəllim ailə həyatında da səhnədə olduğu kimidir?
Məşhurların son günü - "Təcili yardım gələnə qədər atam canını tapşırdı" - Məhəbbət Kazımovun oğlu - FOTOOğlu Rəşid Kazımov:

"Atam rol oynamağı qəti bacarmazdı. Səhnədə necə idisə, eynilə ailədə də eləydi. Elə vaxtlar olurdu ki, efirdə kiminləsə sözü çəp gəlirdi, evə gələndə təzyiqi qalxırdı. O, hər dəfə efirdə söz-söhbət yarandığı zaman evə yüksək təzyiqlə gələrdi, həmişə də üstünə təcili tibbi yardım çağırardıq. Çoxu o söz-söhbəti qəsdən salır, özünə reytinq toplamaq istəyirdi. Atam isə həqiqətən bir xasiyyətli insan idi. Məncə elə insanlar da onu belə olduğuna görə sevirdi".

Rəşid Kazımov hələ də atasından qalan mobil nömrəni işlədir. Həmin nömrəylə əlaqə saxlayanda adam elə zənn edir ki, xəttin o başında Məhəbbət Kazımov cavab verəcək.

Rəşid Kazımov:

"Dostları mənimlə tez-tez əlaqə saxlayır. Bəzən dərdləşmək üçün, atamı xatırlamaq üçün zəng edirlər. Onlar mənə zəng edəndə atamla olan dostluqlarından, köhnə xatirələrindən danışırıq".

Məhəbbət Kazımovun elə dostlarından biri də müğənni Könül Kərimova olub. Könül xanım Məhəbbət Kazımovun səhnə yoldaşı olub, bu yoldaşlıq isə ailəvi dostluğa çevrilib.

Mərhumun oğlu:

"Mən bildiyim qədəriylə Könül xanım sənətə təzə başlamışdı. Atam onun səsini ilk dəfə Ağcəbədidə eşidib və xoşuna gəlib. Bundan sonra atamla Könül xanım duet ortağı oldular və uzun müddət bir yerdə çalışdılar. Bir ara deyirdilər ki, atamla Könül xanım düşmən olublar, küsüblər. Amma atam Könül xanımdan küsməmişdi, sadəcə qəlbi incimişdi. Könül xanım ona qəfildən deyib ki, daha tək çalışacaq, atam da incimişdi".

Oğlu Məhəbbət Kazımovun son günündən də bəhs edib:

"2014-cü ildə ağır qrip xəstəliyi yayılmışdı. Atam özü şəkərli diabet və təzyiq xəstəliklərindən əziyyət çəkirdi. Həkim atama tapşırmışdı ki, çalış ki, qripə tutulmayasan. Buna görə də atam 3 gün ərzində evdən çölə çıxmadı. Amma yenə də qripə yoluxdu. O, əslində çox güclü insan idi, amma bədəni tap gətirmədi.

Atam 2011-2012-ci illərdə ağır xəstə yatdı, amma ondan sonra səhhətinə diqqt yetirməyə çalışdı. Ona görə biz müalicə üçün İrana getdik. Müalicədən sonra atam bir müddət düzəldi. Sadəcə olaraq 2014-cü ildə yanvar ayında yayılan qrip atama lap pis təsir etdi. Onun ölümünə heç kim inana bilmirdi. Çünki atam ölümü özündən uzaq tutardı. O, bir dəfə belə olsun, ölümdən danışmırdı.

O gecə hər şey normal idi. Qəfil atamın halı pisləşdi və təcili tibbi yardım çağırdıq. Bizim evimizlə təcili tibbi yardımın yerləşdiyi bina 2-3 dəqiqəlik məsafədədi. Təcili yardım gələnə qədər atam artıq canını tapşırdı. Evdəkilər bunu qəbul etmirdi, amma mən hiss etdim ki, nəfəsi gəlmir.

Atamın rəhəbrlik etdiyi "Laçınım" musiqi ansambılı onun son gününə qədər fəaliyyət göstərdi. Hazırda da həmin ansambl fəaliyyətini dayandırmayıb. Ona rəhbərliyi hazırda müğənni Habil Laçınlı edir.

Atam son mənzilə yaradıcılığının zirvəsi sayılan "Laçınım" mahnısının sədaları altında yola salındı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1954   Tarix: 22 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862