"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMAHəkim- psixoterapevt Əli Nağıyev Sonxeber.az-ın suallarını cavablandırıb.

Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?

- Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan və ayrıca bir sahəyə çevrilən kliniki psixologiya. Yəni pasiyentlərlə işləyib onların psixologiyasını dəyişdirməyə, fərdi qaydada və ya qrup qaydasında imkan verən bir elm. Bu olur kliniki psixologiya. Kliniki psixologiya anormal psixoloji halları müalicə, korreksiya etməyə çalışan bir sahədir. Psixoterapiya isə klinik psixoloqların və həkim- psixiatrların, həkim- nevroloqların, həkim- psixoterapevtlərin istifadə etdiyi müalicə metodudur. Psixoterapiya müalicə metodudur. Bundan həm klinik psixoloqlar , həm həkimlər, həm də yeri gələrsə qulaq- burun- boğaz həkimi də istifadə edə bilər və bacarmalıdır.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim-psixoterapevt Əli Nağıyevdən ŞOK Açıqlamalar- Bəllidir ki, bu gün psixoterapiyadan psixoloqların əksəriyyəti istifadə edir. Bu nə dərəcədə doğrudur ?
- Bəli, klinik psixoloqlar psixoterapiyanı aparmağı bacarmalıdırlar. Müəyyən bir sərhəd var, məsələn psixi pozuntuların növləri var. Klinik psixoloqlar məhz psixi pozuntularla məşğul olurlar.
- Bəzi psixoloqlar var, iki aylıq kursdan aldığı sertifikatla özlərinə status seçir və klinik psixoloq kimi fəliyyət göstərir. Ümimiyyətlə, tibbi təhsili olmayan birinin klinik psixoloq və ya psixoterapevt kimi işləməsi nə dərəcədə doğrudur? Hətta, el arasında indiki psixoloqların özünə psixoloq lazımdır...Yaxşı anan- bacın olsun bu elə psixoloqdu deyə insanlar bu savadsızlığı tənqid edirlər.
- Ümumiyyətlə, mən neqativ fikirləri təhlil etməyin çox da tərəfdarı deyiləm. Amma həqiqətən də, klinik psixologiya ilə məşgul olmağa ixtiyarı olan insanlar klinik psixoloq təhsili və həkim-psixoterapiya təhsili olan insanlardır. Tibbi təhsilin olması psixoterapiyanı aparmaq üçün yaxşı olardı, amma mütləq demək olmaz. Niyə? Çünki, psixi pozuntular tibb sahəsidir. Təəssüf ki, psixoloqların sayı yağışdan sonra göbələk kimi artsa da, maarifləndirmədə hələ də axsayırıq. İnsanlarımız məsələyə anlayışla yanaşa bilmir.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim-psixoterapevt Əli Nağıyevdən ŞOK Açıqlamalar-Əslində deyərdim cəmiyyəti, insanların düşüncələrini elə psixoloqlar çaşdırır.
- Ağır psixi pozuntusu olanları psixoloqlar pasiyent kimi qəbul etməməlidirlər. Hətta, nevrozlarla klinik psixoloq yox, həkimlər məşğul olsa daha yaxşı olar. Niyə götürürlər, aydın məsələdir. Burada iqtisadi maraqlar ola bilər. Ağır psixi pozuntular ki, var mən onlarla məşgul olmuram. Qeyd edim ki, mənim iki təhsilim var. Həm klinik-psixoloq , həm həkim- psixoterapevtəm. Bu mənə imkan verir ki, geniş spektrdə ailədə kofliktdən, seksologiyadan tutmuş, psixi pozuntuların ağır növlərinə qədər məşğul olum. Ağır psixi pozuntular var ki, bunlara el arasında dəlilik deyirlər, yəni psixozlar, şizofreniya, bipolyar pozuntulardan söhbət gedir. Bu tipli xəstəliklərlə məşğul olmaq ancaq psixiatrın sahəsidir. Hansı ki, dərmanla müalicə edir. Belə pasiyentlərlə klinik psixoloqlar və həkm- psixoterapevtlər birbaşa məşğul olmur. Onlar onlara köməkçi kimi kömək edirlər. Məsələn, şizofreniya xəstəsinin tutmasından sonra, yəni xəstənin bir az beyni aydınlaşan zaman klinik psixoloq və həkim- psixoterapevt işə qoşulur.
- Fikrimcə, müasir dövrümüzdə həmin ixtisas həkimləri ilə əlaqəli işləyən psixoloqlar azdır.
- Məni tanıyan çox olduğu üçün qəbuluma çox adam gəlir. Amma, xəstə yanıma şizofreniya ilə gəlirsə, həkim bazası və Bexterev adına Psixologiya və Nevrologiya İnstitutunu bitirməyim mənə ixtiyar və imkan verir ki, düzgün diaqnoz qoyum. Əgər xəstə şizofrendirsə, bununla mən məşğul olmuram, göndərirəm psixiatr kolleqama. Həmin həkim ona baxır, təyinatını, dərmanlarını verir. Xəstə işıqlanma dövrünə gələndən bir ay sonra isə xəstəliyə münasibəti dəyişmək üçün mən müalicəyə qoşuluram. Çünki, xəstənin bu zaman cəmiyyətə və özünə münasibətini dəyişmək zəruridir.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim-psixoterapevt Əli Nağıyevdən ŞOK Açıqlamalar- Əsas hansı psixoterapiya metodundan istifadə edirsiz ?
- Bəlkə də yeganə adamam ki, inteqrativ psixoterapevtəm. 240 saat psixoanalizdən kurslar keçmişəm. Əlavə olaraq, koqnitiv-bihevioral metod üzrə də təhsilim var. Qeyd edim ki, dinamik, hümanistik, biherioval metodlar var. Dinamik metodlara psixoanaliz, sxemoterapiya aiddir. Dinamik metod pasiyenti keçmişə qaytarır. Yəni, keçmişdən təmizləyərək gəlirsən. Humanistik metodda xəstə ilə empati qurursan, onun bir həmdərdinə çevrilirsən, ona güzgü olmağa çalışırsan. Biri də var bihevioral metodlar. "Bihevior"- davranış deməkdir. Yəni düşüncədə patternləri- oturuşmuş fikirləri dəyişmək, sonra həyata baxışı dəyişməklə davranışı dəyişmək. İkinci variantda bunu duyğuları dərkolunmaz vəziyyətdən dərkolunan vəziyyətə qaldırmaqla, bununla davranışı dəyişmək kimi izah edə bilərik. Biri də var transpersonal psixologiya , hansı ki, bunu ali məktəblərdə öyrətmirlər. Bunu gərək özün dini düşüncənin içindən keçib öyrənəsən. Mən həm də transpersonal psixologiya mütəxəssisiəm. Bu özəl metoddur və hamıya tətbiq olunan metod deyil. Yəni, insana öyrədirik ki, sən ruhi varlıqsan, əbədi varlıqsan. Mən həm də bhakti yoqa və mantra yoqa mütəxəssisiyəm, psixi yoqanı öyrədirəm. Bu özü transpersonal psixologiyaya aiddir.
- Hipnoz necə tətbiq edirsiniz ?
- Hipnoz tətbiq etmirəm. Ümumiyyətlə hipnozu müalicə metodu kimi qəbul etmirəm.
- Səbəb nədir?
- Çünki, insan kodlaşdırılması onun iradəsi əleyhinə olan bir şeydir. Düzdür, onun iradəsinin burda rolu var. İradı ilə tabe olur təlqinə, amma düşünürəm ki, çox ciddi və əsaslı metod deyil.
- Ən çox bəyəndiyiniz və tətbiq etdiyiniz metod hansıdır?
- Əlbəttə, mənim üçün ən doğması psixi yoqadır. "Psixi yoqa" sözünü şərti olaraq, işlədirəm. Qeyd edim ki, yoqanın iki aspekti var: fiziki və psixi. Yoqanın məqsədi kamilliyə, Tanrıya gedən yol deməkdir. Yoqanın psixi aspekti daha dərin və vacibdir. Bu mənada yoqlar dərin psixi fəaliyyətlə məşğuldurlar.
- Psixologiya Azərbaycanda lap gənc elm sayılmır. Mənə elə gəlir ki, milli ədəbiyyatları əksikliyi, tərcümə ədəbiyyatlarının az olması və ya digər səbəblər bu sahədə "qarışıqlıq" yaradır. Bayaq da qeyd etdiyim kimi, cəmiyyət bu gün bu sahədəki mütəxəssislər haqqında fərqli düşüncədədir.
- Hər sahədə belə adamlar var. Bu bir dövrdür.
- Keçid adlandırmaq olarmı bunu?
- Bəli, keçid dövrüdür. Çünki, dialektik materializmin qanunlarını heç kimi inkar edə bilməz axı. Bəli mən ruhi sferaya aid olan adamam, amma mən materianın varlığı və qanunlarını inkar etmirəm. Əvvəl- axır kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişikliklərinə keçir. Qoy sayları çox olsun, nədən qorxuruq ki? İnsanlar sonda hər şeyi anlamağa başlayacaq ki, həqiqətdə kim kimdir.
- Ədəbiyyatlardan söz düşmüşkən, illərdir bu sahədəsiniz, kitab yazmaq istəmirsiniz?
- Mənə dəfələrcə deyirlər ki, niyə kitab yazmırsan? Bu barədə düşünürəm. Mənim özümün konseptim var, ona uyğun olaraq yazacağam. Əslində mən tətbiq etdiyim metod bir cığırdır. Bu Bexterev müəllimlərinin də təsdiq etdiyi bir cığırdır. Bu barədə fikirləri paylaşmışam onlar da təsdiq ediblər, lakin bunları elmi əsaslara salmamışam. Deyə bilərəm ki, bu praktik olaraq nəticə verən metoddur və klinik psixologiyanın və psixoterapiyanın metodlarına zidd deyil. Yəni ki, söhbət bir az əvvəl danışdığım Psixi yoqadan gedir. Hansı ki, ruhun əbədiyyətinə əminlik, rahatlıq yaratmaq və önəmlisi insanın özünə münasibətini dəyişməkdən ibarətdir əsas meyar.
- Bəlkə də, siz də cəmiyyətdən o siqnalları almısınız ki, bu metoda üstünlük verirsiniz. Yəni insanlar, dediyiniz keçid dövründə yaşayır və ən çox buna, ruhi tamamlanmaya ehtiyacı var.
- İnsanın özünü tanımağa həmişə ehtiyacı var. Bu, cəmiyyətin halından asılı deyil. Özünü sadəcə maddi bədən görürsənsə, bu yalnışdır axı...
- Hansı aspektdən baxsaq görərik ki, insanlar sosial qayğıları və digər səbəblərdən depressiyadadırlar.
- Mahiyyətcə, qarşıda oturan sadəcə olaraq, vücuddur. İnsanlara virtual gerçəkliyin virtual olduğunu çatdırmasaq, bu həyata onlar daha çox ciddi baxacaq. Bu da onları daha çox məyusluğa və uğursuzluğa düçar edəcək. Onların özlərinə münasibəti çox tənqidi olacaq.
- Bu nədən qaynaqlanır sizcə?
- Özünü yalnız maddi bədən hesab etməkdən. Zəlzələdən və yaxud da vəlvələdən, tarix boyu psixososial təsir, emosional narahatlıqlar olub, gərginlik həmişə var. Məsələn, deyim bizdə niyə kütləvi depressiyaya meyllilik var? Çünki, bizim Qarabağımız yoxdur. Qarabağ bizim təfəkkürümüzdə bütövlük anlayışının bir hissəsidir. Psixologiyamızda yarımçıqlıq var kimi. Lakin, bütövlükdə, bu narahatlıq özü də, özünü sadəcə, maddi bir varlıq kimi qəbul etmənin nəticəsidir. Bu, zahiri təsirlərdən biridir. Daxili, fərdi səbəblər daha vacibdir.
- Azərbaycan xalqının, millətimizin hazırda psixoloji durumu necədir?
- Dünyadan bixəbər olmayan insan kimi deyə bilərəm ki, bizim toplumun təfəkkürü maddi dünyaya uyğunlaşmış təfəkkürdür. Məsələn, bizdə sürətlə yeni ailə dəyərləri formalaşır. Baxın, toplum ailə anlayışını itirmək istəmir, amma yeni ailə formatına keçir. Qadınlara işləməyə icazə verilir, uşaqlara təhsil verməyə üstünlük verilir, amma ailə anlayışını buraxmırıq. Başqa toplum olsaydı, ailə çoxdan dağılıb gedərdi. Ümumiyyətlə ailənin lazım olmadığını iddia edərdi. Bizim toplum deyir ki, ailə, cütlüklər olmalıdır, uşaqlara xatir birliklər, onların xatirinə yaşamağa dəyər.
- Bu hal müsbət nəticə verirmi? Cox açıq da olsa qeyd edim ki, cütlüklər siz dediyiniz ailə dəyərlərin qoruyurlar, məsələn toy- bayrama bir gedirlər, kiminsə xətirinə... Amma ər və arvad başqa həyat yaşayır. Sizcə bu normaldır?
- Dünyanın hər yerində belədir. Mən demişəm ki, idealda 50 ildən sonra ailə dəyəri olmayacaq. Düzdür, buna təəssüf edə bilərik, amma belə olacaq. Bizim övladlarımız və onların övladlarının da ailə dəyərləri fərqli olacaq. Ailə İnstitutu sırf müqavilə əsaslı sosial bir birlik olacaq.
- Sizcə belə doğrudur?
- Məncə, normaldır. Müqəddəs kitabımızda da ailə, əsasən, müqavilə əsaslı sosial- iqtisadi birlik kimi göstərilir. Amma emosional bağlar da, yəni sevgi və hörmət də vacibdir.
- Sizcə, psixi problemləri, buradan meydana çıxan qətl və intiharları necə azaltmaq olardı?
- Mən deyirəm ruhi dəyəri təbliğ etməliyik. Bəli bu təbliğat çox çəkə bilər. Bu fikirlər cəmiyyətin ideoloji əsaslarına daxil olandan sonra düşünürəm ki, bu halların sayı azalacaq. Desəm ki, dövlət bunu zorla etməlidir, bu düzgün olmaz. Düşünürəm bunu xüsusi hazırlanmış və bu əqidəni bilən insanların vasitəsi ilə həyata keçirmək olar. Həmin insanlar uşaqlıqdan hazırlanmalı, təbliğatçılar olmadılar.
Məsələn, deyirsən öldürmə, deyir mənim arvadımdı, mülkiyyətimdi özüm bilərəm. Halbuki, heç sənin bədənin sənin deyil! Hamısı Allahındı! Qadınlar kişilərin xüsusi mülkiyyəti deyil. Ayrıca, cəmiyyət doludu yalançı sevgilərlə. Biləsiniz ki, "Getmə gözümdən, gedərəm özümdən" deyən insanlar psixi asılılıq vəziyyətindədir. Onlara psixoloji korrektə lazımdır. Ayrıca, ilk baxışda anlamasa da, amma, məsələn, qısqanc adama müalicə lazımdır.
-Qısqanclıq normal deyil?
-Xeyr, mənfi psixoemosional vəziyyətdir və hətta bədən xəstəliklərinə də səbəb olur.
-Onda sevgiyə də inanmırsınız? İnsanın itirmək qorxusu olur axı.

-Sevgi asılılıq yox, bütöv mənəviyyatlı və psixi yetkin, sağlam insanların həzzverən duyğuları paylaşmağı prosesidir. Ruh, özlüyündə, sərbəstdir və sevgidən ibarətdir. Gəl sənlə paylaşaq, bacarmırsan, ayrılaq. Mən sənə inanmıramsa niyə səninlə bir evin içində oturmalıyam? Bağışlaya bilmirəmsə, niyə sevgidən danışıram?
- Məktəblərdə psixoloji xidmətdən danışmaq istərdim. Bilirik ki, məktəblərdə uşaqların sayı ilə nisbətdə bir və ya iki psixoloq azlıq təşkil edir. Məlum intihar hadisəsini buna misal gətirmək olar.
- Hər kəs yalnız öz evini düşünür və həmin düşüncədə olan müəllimə gedib məktəbdə dərs deyəndə "əşi, mənə nə dəxli var?" deyib orada baş verən bu hala reaksiya verməyəcək. Təkcə psixoloqlar görə bilməz bu işi. Hər kəs məsuliyyətini dərk etməlidir.
- Say söhbəti var, psixoloq istəsə belə, o qədər uşaqla işləməyə vaxt baxımından çatdıra bilməz axı...

- Lazımdırsa, polisə xəbər verməli, valideynini çağırmalı, hay- küy qaldırmalı, bir bayraq sancmalı idi. Mənim pasiyentlərimdən biri mənə intiharla bağlı yazılar yazır. Mən məktəb müəllimində məsuliyyət oyatmağa məcburam ki, intihar etsə, sənin yaxandan tutacaqlar. Ruhi biliyi olsa o, uşaqları yığıb başa salar, əgər lazım gəlsə, sinfi dəyişdirər, cəza metodu tapar. O uşaqlar var ki, sinif yoldaşlarını bu hallara məruz qoyurlar onların özlərinin pisxoloji problemləri var. Onların valideynləri evdə onları döyur, söyur ki, onlar da gəlib digər uşaqları döyub-söyur. Onları araşdırmaq lazımdır. Hara getsək, məsələnin kökündə ruhi biliksizlikdi. Başqa yolu yoxdur. İnsanları ya gərək pul ilə şirnikləndirəsən, ya gərək cəza verib türməyə salasan, ancaq üçüncü yol da ruhi bilik verməkdir. Onda özü özünün cəzasını da, mükafatını da biləcək.

- Xəstələr nə kimi problemlərlə sizə müraciət edirlər?
- Mənim qəbuluma bacı ilə yatan qardaşdan tutmuş, homoseksual cütlüklər, xəyanəti udub yaşamağa məcbur olan qadınlara qədər hər cür insan gəlir. Müraciət edən insanlarda ən çox depressiya, təşviş, şəxsiyyət pozuntuları olur. Xəstə var ki, on ildir təşviş nevroz ilə müallicə olunur. On il təşviş nevrozu olmaz! Nevroz olar altı aydan iki ilə qədər. Bu artıq şəxsiyyət pozuntusu halıdır. Və mütəxəssislər ayırd etməlidir bunları.
- Cütlüklər əsasən hansı problemlərlə gəlir?
- Cütlüklərin 70 faizi cinsəl problemlərlə gəlir. Buradan kişilərə müraciətim olacaq. Əgər yaşınız əlliyə qədərdir və ağır formada şəkəriniz, belinizdə yırtıq yoxdursa, cinsi zəifliyiniz varsa, bu psixolojidir. Qadınları zorlamağa meylli olan şəxslərdən başqa, kişilərdə də cinsi həvəsin və gücün yaranmağına səbəb qadınların onlara sevgisidir. Qadının cinsi həyata aktiv münasibəti olmalıdır. Kişi qadında sevgini yaratmalıdı ki, qadın da kişidə cinsəllik yaratsın. Bu ideal münasibətdir. Sevgini oyadandan sonra qadın ona duyğunu və həzzi verəcək.
- Bəs, maraqlıdır nə üçün kişilər sevgi verə bilmir? Söz düşəndə kişilər hətta sən mənə qadınlıq etmirsən deyərək qadınları ittiham edirlər. Qarşılığında, niyə öhdəliklərinə düşəni etmirlər?

- Mənim ruhi bilyim olsa, birinci qadınımın həzzini düşünüb yatağa girəcəm, elə deyilmi? Ruhi biliyi olan şəxs öz həzzini düşünmür axı, qarşısındakının həzzini düşünür. O, həzz verdikcə, həzz alacaq. Qarşısındakına, qadınına həzz verdikcə ruhən yetkin olacaq. Buna "tantra yoqa" deyirlər. Ruhi biliyi olsa, qadın və kişi bir-birinə həzz verəcək və mübahisə, konflikt olmayacaq. Əgər kişi özünü yalnız maddi bədən, dırnaq arası "kişi" sayırsa, ancaq beş dəqiqəlik həzzini düşünəcəksə, evdə bunu birtəhər yarımçıq icra edib, sonra gedib bayırda fahişələrə ödəniş etməklə başqa arzu və xəyallarını həyata keçirməyə çalışacaq.
- Qəbulunuza gələn cütlüklərdə problemlər düzəlir?

- Ailə gedib ailəni gətirir. Ailə var, mənim yanıma gələndən sonra dağılıb, anlatmışam ki, sizin bir yerdə olmağınız lazım deyil, ailə var ki, dağılmaq ərəfəsində düzəlib. Məsələn, kişidə təşviş pozuntusu var, qadın ondan ayrılmaq həddinə çatıb, qadın onu anlamır ki, kişisində nevroz, xəstəlik var. Xəstəliyi düzəldikcə ailə bərpa olunur…

Müsahibə üçün təşəkkür edirik!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5134   Tarix: 21 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053