"Kişilər fərsizdir deyə qızla sevgili olmuşdum" - Məşhur müğənni - FOTO

"Kişilər fərsizdir deyə qızla sevgili olmuşdum" - Məşhur müğənni - FOTO

"The Wrecking ball" mahnısı ilə qısa zamanda şöhrət qazanan müğənni Mayli Sayrus daha bir qalmaqallı açıqlama verib.

Aktyor Liam Hemsvortdan ayrıldıqdan sonra lezbiyan münasibət yaşayan Mayli yenidən kişi ilə sevgili olub.

Keçmiş sevgilisi Ketlin Karter ilə münasibətinə son qoyduqdan sonra özünə yeni sevgili tapan Mayli şəxsi həyatı ilə bağlı etiraflar edib.

O bildirib ki, kişilər onu incitdiyinə görə, lezbiyan olmaq qərarına gəlib. Lakin indi münasibətdə olduğu şəxs onun düşüncələrini dəyişdirib.

"Mən hər zaman düşünürdüm ki, gey olmalıyam. Çünki elə bilirdim, kişilərin hamısı pis xarakterlidirlər. Amma bu doğru deyilmiş. Qızlara səslənərək deyirəm ki, bu səbəbə görə gey olmağa ehtiyac yoxdur, ətraf yaxşı oğlanlarla doludur, sadəcə, düzgün insanı tapmaq lazımdır".

Yuxarıda qeyd olunan sözləri deyən Mayli şəxsi Instagram hesabında sevgilisi ilə qeyri-etik şəklini yayıb.

"Kişilər fərsizdir deyə qızla sevgili olmuşdum" - Məşhur müğənni - FOTO
milli.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1299 Tarix: 21.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər