"Arvadımı məndən aldığı üçün ona təşəkkür edirəm" - FOTO

"Arvadımı məndən aldığı üçün ona təşəkkür edirəm" - FOTO

Futbolçu meneceri Vanda Nara əri Maksi Lopesə Argentina millisindəki və "Sampdoriya"dakı komanda yoldaşı Mauro İkardi ilə xəyanət etməsindən illər ötsə də, bu məsələ hələ də müzakirə mövzusu olaraq qalır.

Vanda bu hadisədən sonra Lopesdən boşanaraq İkardi ilə evlənmişdi.

BiG.AZ fanat.az-a istinadən xəbər verir ki, bu günlərdə Argentinada yayımlanan "Club 947" adlı radioya açıqlamalar verən Maksi Lopes həmin hadisə ilə bağlı danışıb. İtaliyanın "Krotone" klubunda çıxış edən 35 yaşlı futbolçu "Evliliyim pozuldu, amma yenə də ata oldum. İkardini bağışlamışam. Onunla heç bir problemim yoxdu" deyib.

Daha sonra Lopesin bu açıqlamasını bir "Instagram" səhifəsi paylaşıb. Futbolçu isə həmin paylaşıma "İkardini sadəcə bağışladım. Ona V..-nı məndən aldığı üçün təşəkkür edir" şərhini yazıb.
"Arvadımı məndən aldığı üçün ona təşəkkür edirəm" - FOTO
"Arvadımı məndən aldığı üçün ona təşəkkür edirəm" - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1458 Tarix: 21.10.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər