Su kanalında batan kişinin meyiti tapıldı

Su kanalında batan kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şirvan su kanalının Ağdaş rayonu, Bulaqotağı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Şirvan su kanalında batdığı ehtimal olunan 1985-ci il təvəllüdlü Məmmədov Əlibaba Namizəd oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 189 Tarix: 21.10.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər