Türkiyədən ABŞ-a ultimatum

Türkiyədən ABŞ-a ultimatum

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yeni bəyanatla çıxış edib.

BiG.AZ-ın məlumatına əsasən, əgər ABŞ kürd qüvvələrini təhlükəsiz zonadan çıxarmaq barədə öhdəliyini yerinə yetirməsə, Türkiyə Suriyanın şimalında kürdlərə qarşı əməliyyata davam edəcək. Vaşinqtonun bu öhdəliyi yerinə yetirmək üçün 120 saat vaxtı var.

Ərdoğan eyni zamanda qeyd edib ki, Suriya ilə sərhəddə 30 km-lik təhlükəsizlik zonasına tam nəzarət həyata keçirmək niyyətindədir.

Onun sözlərinə əsasən, 9 günlük əməliyyat zamanı türk hərbçiləri 765 terrorçunu məhv ediblər. 111 yaşayış məntəqəsi azad edilib. Ərdoğan həm də Böyük Britaniyanın baş naziri Boris Consonla da vəziyyəti müzakirə edib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 334 Tarix: 21.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər