Təhlükəli selfi çəkən qadını gəmidən qovdular

Təhlükəli selfi çəkən qadını gəmidən qovdular
Amerikanın kruiz kompaniyası "Royal Caribbean International" sərnişini olan qadını laynerindən düşürərək ona həmişəlik şirkətin xidmətlərindən istifadəni qadağan edib.

CNN-in məlumatına görə, buna səbəb qadının laynerdə həyatını riskə ataraq selfi çəkdirməsi olub.

Kayutunun eyvanına çıxan sərnişin oradan gəminin karkas hissəsinə çıxıb. Qadının məqsədi maraqlı selfi çəkmək olub. Bunu görən sərnişinlərdən biri kapitan heyətinə məlumat verib.

Gəminin idarəetmə heyəti qadını dayandıqları Yamayka sahillərində düşürüb. Bundan başqa həmin qadına şirkətin xidmətlərindən istifadə qadağan edilib. (oxu)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 464 Tarix: 20.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər