Uşaqlarda yüksək qızıdırma zamanı QICOLMALAR. Səbəblər, müalicə, fəsadlar

Uşaqlarda yüksək qızıdırma zamanı QICOLMALAR. Səbəblər, müalicə, fəsadlarFebril qıcolmalar 5 yaşına qədər olan uşaqlarda yüksək hərarət fonunda (39 C-dən yuxarı) inkişaf edir. Bəzən qıcolma hətta 38 C-də inkişaf edə bilər.

BiG.AZ saglamolun.az-a istinadən bildirir ki, oğlanlarda bu hala qızlarla müqayisədə 4 dəfə daha tez-tez rast gəlinir.

Məhz kiçik yaşlı uşaqlarda febril qıcolmaların əmələ gəlməsi onların orqanizmində istiliyin mübadiləsi mexanizminin tam inkişaf etməməsi ilə izah olunur. Lakin statistika göstərir ki, yalnız 4% uşaqlarda yüksək hərarət fonunda qıcolmalar olur, qalan 96% uşaqlarda isə olmur. Bunun səbəbi nədir? Xüsusi elmi araşdırma göstərib ki, yüksək hərarətə belə reaksiyanın olması bir çox hallarda irsiyyətlə bağlıdır.

Bəzi araşdırmalar göstərir ki, uşaq orqanizmində dəmir və sinkin azlığı da febril qıcolmaların riskini artırır.

Qıcolma əslində yüksək hərarətin nəticəsində deyil, hərarətin kəskin yüksəlməsi nəticəsində baş verir. Uşaqda hərarət tədricən qalxırsa, qıcolmanın inkişafı riski azdır. Əksinə hərarət 37 C-dən birdən-birə 40 C yüksələrsə, bu halda qıcolma baş verə bilər.

Qıcolma 15 dəqiqədən az davam edirsə və 24 saat ərzində təkrarlanmırsa, bu sadə febril qıcolma sayılır. Mürəkkəb febril qıcolma zamanı qıcolmalar 24 saat ərzində bir neçə dəfə təkrarlanır və uzunmüddətli olur. Bu çox təhlükəli haldır və uşaqda ciddi nevroloji xəstəliyin olmasına işarə edir. Belə uşaq mütləq hərtərəfli nevroloji müayinədən keçməlidir.

Febril qıcolma zamanı ilk növbədə uşağın hərarətini salmaq lazımdır. Bunun üçün şam və ya litik qarışıq ("smes") istifadə olunur. Belə vəziyyətdə olan uşağa hər hansı həb və ya suspenziya vermək olmaz.

Qıcolma zamanı uşağı böyürü üstə qoymaq lazımdır ki, qusma olarsa uşaq boğulmasın. Valideynlərin əksəriyyəti qıcolma zamanı uşağın dilinin qırtlağa düşməsi nəticəsində boğulmaqdan qorxur. Uşaq böyür üstə uzandıqda, bu mümkün deyil. Bu səbəbdən uşağın ağzını zorla açmaq, uşağın ağzına barmaq, hər hansı əşya (dəsmal, karandaş və s.) salmaq mənasız və hətta təhlükəlidir! Bunu heç zaman etməyin!

Uşağı zorla sıxmaq, qollar və ayaqlarını düzəltmək olmaz. Sadəcə uşağın yanında olun və qıcolma zamanı özünə xəsarət yetirməyə imkan verməyin. Uşağın başının altına yastıq qoyun və ya onun başını dizinizin üstünə qoyun.

Dərhal təcili yardım çağırın.

Bəzən yüksək hərarət zamanı uşaq birdən-birə sanki donur və ətrafa heç bir reaksiya vermir. Bu da febril qıcolmanın növü sayılır.

Dünya mütəxəssislərinin fikrinə görə, əksər hallarda sadə febril qıcolmalar xoşxassəlidir, gələcəkdə təkrarlanmır və uşağın sağlamlığına heç bir mənfi təsir etmir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1062   Tarix: 20 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1043
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 886
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 845
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 926
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 303
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 939
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1104
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 653
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1706