Pomidorun içərisindən çıxanlar təşviş yaratdı - VİDEO

Pomidorun içərisindən çıxanlar təşviş yaratdı - VİDEO
Abşeron sakini pomidoru kəsən zaman içərisindən naməlum cücərti çıxıb.

İlk baxışdan qurda oxşasa da, pomidoru doğrayan şəxs bunun başqa bir şey olduğunu deyir.

Görüntülər "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. Videonu göndərən şəxs Xırdalan bazarından aldığı 5 kiloqram pomidorun hamısının bu vəziyyətdə olduğunu deyib.

Məsələyə münasibət bildirən qida eksperti İsa Əliyev deyib ki, pomidorun bu vəziyyətdə olmasının səbəbi ona həddən artıq hormon vurulmasıdır. Bu isə öz növbəsində ciddi təhlükədən xəbər verir.

Ekspert əlavə edib ki, bu proses çox vaxt özünü biruzə vermədən gedir. Yəni məhsulun daxili görünüşündə hər hansı fəsad nəzərə çarpmır. Sadəcə olaraq məhsulun dadında fərqli bir tam olur. İsa Əliyevin sözlərinə görə, vətəndaşlar belə məhsulları alarkən diqqətli olmalı və onu qəti surətdə yeməməlidirlər.

Ekspert həmçinin qeyd edib ki, pomidor və ya başqa tərəvəzlərin bir çoxuna ya hormon, ya da F1 hibriti vurulur. Bunların da hər biri müxtəlif fəsadların yaranmasına səbəb olur və birbaşa insan sağlamlığına mənfi təsir edir.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1333 Tarix: 20.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər