"Türk qızına yad deməyin, unutmayın ki..." - "Maşın Şou"nun qalibi Sunadan AÇIQLAMA - VİDEO

"Türk qızına yad deməyin, unutmayın ki..." - "Maşın Şou"nun qalibi Sunadan AÇIQLAMA - VİDEO
"Türk qızına yad deməyin, unutmayın ki, biz bir millət, iki dövlətik!" Bu sözlər "Maşın Şou"nun qalibi Suma Kasımoğluna məxsusdur.

Şouda onu dəstəkləyənlərə öz təşəkkürünü bildirən Suna xanım, barəsində mənfi rəylər yazanlara etiraz edib:

"Salam olsun bütün Azərbaycan xalqına!

"Başda dəyərli insan Murad Dadaşov olmaqla bütün "M Group Production" kollektivinə dərin təşəkkürlərimi bildirirəm. Məni bu şouya dəvət etdiyiniz üçün çox sağ olun.

Murad müəllim və ən əsas da məni sevən, 18 gün ərzində məni dəstəkləyən sevginizi söyləyən, mesaj-şərh yazan hər bir insana öz minnətdarlığımı bildirirəm. Yaxşı ki, siz varsınız. Çox sevincliyəm ki, Türkiyənin Azərbaycan kimi bir qardaş ölkəsi var.

Bəzi o mənfi rəy yazan insanlara da demək istəyirəm ki, 16 ildir Azərbaycanda yaşayıram. Bir millətik, burada siz kimisə pisləməklə gözdən salmırsız, əslində, həyatda kim nə edirsə, özünə edir".


BAKU.WS

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2841 Tarix: 19.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər