Nazarbayevin nəvəsi London polisinə hücum etdi, cəza aldı

Nazarbayevin nəvəsi London polisinə hücum etdi, cəza aldı

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi Londonda polisə hücum etdiyi üçün cəzalandırılıb.

Sonxeber.Az-ın məlumatına görə, 30 yaşlı Aysultan Nazarbayev 1 il şərti cəza alıb.

KİV-in məlumatına əsasən, Londonda otellərin birində qalan Aysultan balkona çıxaraq intihar edəcəyini bildirib. Otel rəhbərliyi polisə məlumat verib. Amma Nazarbayev polislə dalaşıb və onlardan birini dişləyib. Polsidən bildirilib ki, Qazaxıstan liderinin nəvəsi 53 dəqiqə müqavimət göstərib.

Məhkəmənin hökmü ilə ona 140 saat ictimai iş, 20 seans narkotik asılılıqdan müalicə və şərti cəza verilib. Bundan əlavə, 1000 funt sterlinq cərimə və 5000 funt sterlinq də vurduğu ziyan ödənməlidir.

Qeyd edək ki, Aysultan Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın oğludur.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 384 Tarix: 18.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər