Bakıda parkda 50 yaşlı kişinin meyiti tapıldı - Baş və bədənində sıyrıq izləri, cibində şpris

Bakıda parkda 50 yaşlı kişinin meyiti tapıldı - Baş və bədənində sıyrıq izləri, cibində şpris

Bakıda küçədən meyit tapılıb.

BiG.AZ Trend-ə istinadən bildirir ki, Nizami rayonu, R.Rüstəmov küçəsi 13 saylı ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının qarşısındakı yaşıllıqda təxminən 45-50 yaşlı kişinin meyiti aşkarlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirərkən onun əynindəki pencəyin cibindən bir ədəd boş şpris və siqaret kötüyü, meyitin baş və kürək nayihələrində sıyrıq izləri aşkar edilib.

Meyti müayinə edilib və həmin xəsarətlərin ölümlə əlaqəsi olmaması aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 522 Tarix: 18.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər