Di Kaprio "Titanik"də çəkilmək istəmirmiş - FOTOLAR

Di Kaprio "Titanik"də çəkilmək istəmirmiş - FOTOLAR

Məşhur amerika aktyoru Leonardo Di Kapio "Titanik" filmində çəkilmək istəməyib.

Di Kaprio "Titanik"də çəkilmək istəmirmiş - FOTOLAR

BiG.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Qarışqa-adam" filminin baş qəhrəmanı Pol Radd Qrem Nortonun teleşousunda danışıb.

Di Kaprio "Titanik"də çəkilmək istəmirmiş - FOTOLAR

Onun sözlərinə görə, Leonardo bu roldan bir neçə səbəbə görə imtina etmək istəyib. Layihənin həcmi onu vahiməyə salıb.

Lakin "Romeo və Cülyetta" filmi üzərində birgə çalışdığı dostu Pol Radd onu dilə tuta bilib.

"Titanik"-dən sonra daha da məşhurlaşan Leonardonun karyerası boyu bir neçə uğurlu layihə həyata keçirilib.

O, dəfələrlə "Aviator" (2004), "Qanlı almaz" (2006), "Uoll-Stritdən olan Canavar" (2013) filmlərində ən yaxşı kişi roluna görə, həmçinin "Gilbert Qreypi nə narahat edir" (1994) fimində ikinci planda ən yaxşı kişi roluna görə "Oskar" mükafatına namizəd olub.

Lakin gözlənilən mükafatı yalnız 2016-cı ildə "Sağ qalmış" filmindəki roluna görə alıb.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 919 Tarix: 18.10.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər