Bakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏR

Bakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏRÖtən ay Bakı şəhərinin yaşıllıq vəziyyətinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması və paytaxtın estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə "Yaşıl guşələr"in yaradılması və qorunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq Sərəncam imzalanıb.

"Report" xəbər verir ki, sərəncamla paytaxtda yol kənarları, idarə, müəssisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında "Yaşıl guşələr"in yaradılması sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə tövsiyə edilib.

Dünya praktikasında yaşıllaşdırma sahəsində uğur qazanmış şəhərlərin təcrübəsi onu göstərir ki, bu işə iş adamları, müəssisə rəhbərləri hətta ayrı-ayrı vətəndaşlar qoşulduqda daha gözəl nəticələr əldə olunur.

Bəzi iş adamları, müəssisə rəhbərləri, ayrı-ayrı şəxslər bu təşəbbüsə fəal qoşulublar. Az müddət ərzində yol kənarlarında, obyektlərin qarşısında göz oxşayan yaşıl guşələr salınıb.
Bakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏRTəəssüf ki, bu işlərə biganə qalanlar da olub. "Yaşıl Bakı" təşəbbüs qrupu bu təşəbbüsə qoşulan və qoşulmayan obyektlərin qarşısından görüntülər də yayıb. Qrupdan bildirilib ki, bəzi iri obyektlər bu işlərə çox etinasız və səhlənkar yanaşıb: "Vətənini və şəhərini sevən hər bir insan şəhərin yaşıllaşdırılmasına öz töhfəsini verməlidir. Bu işlərə etinasız yanaşan, yalnız öz mənfəətini güdən, paytaxtın görünüşünə və ekoloji vəziyyətinə biganə qalan obyekt rəhbərləri və onların əsl sahibləri barədə ictimaiyyətə məlumat veriləcək və onlar qınaq obyektinə çevriləcəklər".

"Report"un müraciət etdiyi ekspertlər bu təşəbbüsü dəstəklədiklərini bildiriblər.

"Rüzgar" Ekoloji İctimai Birliyinin (İB) sədri İslam Mustafayev "Report"a açıqlamasında bildirib ki, yaşıllıqların salınmasından çox onu qoruyub saxlamaq prioritet olmalıdır: "Ancaq bu gün də ölkədə yaşıllıqların qırılması davam edir. Bu, çox pis haldır. Yaşıllıqların artırılması istiqamətində görülən işlər də az deyil. Bu da sağlam həyatla yanaşı, Bakıda atmosfer havasının keyfiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərinin qumlardan, tozlardan, avtomobillərin zərərli tüstülərindən qorunmaq üçün bu addımı alqışlayıram. Təbii ki, bu cür işlər tək hökumət orqanlarının deyil, yaşıllıqların qorunub-saxlanılması, becərilməsi həm də ümumxalq işinə çevrilməlidir. Çünki sağlamlıq ən ümdə vəzifədir".

İB sədri qeyd edib ki, bu gün paytaxtda fəaliyyət göstərən hər hansı ticarət və ya iaşə obyektlərinin qarşısında az sayda yaşıllıq sahələri var: "Bəzi sahibkarlar bir qarış yerin artıq olmasını üstün tutur. Bunun qarşısını almaq və yaşıllıq sahələrini genişləndirmək lazımdır. Nisbətən iri sənaye obyektlərinin ərazisində ağac zolağının salınmasına ciddi fikir verilməlidir. Hər kəsə öhdəliklər vermək lazımdır. Müəyyən orqanlar bu işi öz üzərinə götürməlidir. Yaşıllıq sahəsi olan obyektlərin ərazilərini də qorumaq və həmin yaşıl guşəyə mütəmadi şəkildə qulluq etmələri vacibdir. İnsanlara da başa salmaq lazımdır ki, həmin yerlərdəki yaşıllıqları qırmasınlar. Daha vacib məsələ yaşıllıq salınan ərazilərdə sulama sistemlərinin qurulmasıdır. Damcılı suvarma sistemlərinə üstünlük verilsə yaxşı olar. Bununla su sərfiyyatına qənaət etmək olar".

Bakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏR"Ekoloji İnformasiya" İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev də "Report"a açıqlamasında yol kənarları, idarə, müəssisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında yaşıllıqların az olmasından təəssüfləndiyini deyib.

Onun sözlərinə görə, qanunvericiliyə görə ticarət obyektinin ətrafında 5 metr radiusunda bütün təmizliyə, ağac əkilməsinə sahibkar cavabdehdir: "Təəssüf ki, bunu bir çox sahibkar etmir. Belə yerlərdə ağac əkilməsi, yaşıllığın salınması yay fəslində isti havada həmin ərazilərdə temperatur 5 dərəcə aşağı düşür. Bu gün də dünyada qlobal istiləşmə gedir. Yaşıllıq həm də atmosferə atılan karbon qazını alıb oksigen bolluğu yaradır. Bakıda da insan və avtomobil sıxlığı müşahidə olunduğundan problem özünü daha qabarıq formada büruzə verir".

X.Musayev əlavə edib ki, Bakı meqapolis şəhər sayıldığından yaşıllığın salınması həmin ərazinin mikroiqlimini də təsir edir: "Paytaxtda və regionlarda yaşayan insanların rəngində belə fərq müşahidə olunur. Bakıda yaşayanlar ancaq zəhərli hava udduqlarına görə insanların sağlamlıqlarında ciddi fəsadlar yaranır. Şəhər əhalisində demək olar ki, ağciyər və onkoloji xəstəliklər çoxalır. Yaşıllıqların salınması bir növ mühitin sağlamlaşdırılması deməkdir. Ona görə də sahibkarlardan yaşıllıqların salınması mütləq tələb olunmalıdır".

Ekoloq vurğulayıb ki, yaşıllıqların salınması estetik baxımdan gözəl görünməklə yanaşı, insan sağlamlığı üçün mühüm rol oynayır: "Əgər sahibkar bu işə əməl etmirsə, ilk növbədə maarifləndirmək lazımdır. Yox, bu da heç bir nəticə vermirsə, onu cərimələk lazımdır".

Bakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏRBakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏRBakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏRBakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏRBakıda bəzi sahibkarlar "Yaşıl guşələr"in yaradılmasına qarşı çıxır - RƏYLƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 524   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

20:30 83
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 202
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

21:46 0
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 470
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 86
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 505
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

23:23 0