Şəbnəm efirdə mahnının sözlərini unutdu

Şəbnəm efirdə mahnının sözlərini unutdu

Müğənni Şəbnəm Tovuzlu ötən gün "Hər şey daxil" verilişində qonaq olub.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, o, Xalq artisti Aygün Kazımovanın repertuarından olan "İtkin gəlin" mahnısını canlı ifa edib.

Bu zaman ifaçı mahnının sözlərini unudaraq "Ölməksə sənin üçün ölüm deməkdir, Məhəbbət əbədi ölüm deməkdir" cümlələrini işlədib.

İfasından sonra prodüser Tarix Əliyev onun səhv oxumağına irad tutub.

Müğənni "Mənim söz bazam genişdir. Müğənni ona deyirəm ki, bir söz yadından çıxırsa, onu sətirlərə qoşub, düzgün şəkildə təqdim edir. Ora mənasız söz qoşmadım" deyə, bildirib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1178 Tarix: 18.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər