"Müstəqilliyi qoruyub-saxlamaq onu qazanmaqdan qat-qat çətindir"-Millət vəkili

"Müstəqilliyi qoruyub-saxlamaq onu qazanmaqdan qat-qat çətindir"-Millət vəkiliBu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür.

Bununla bağlı BiG.AZ-a danışan millət vəkili Naqif Həmzəyev bildirib ki, biz bu gün böyük iftixar hissi ilə müstəqil dövlətin vətəndaşı olduğumuzu deyə bilirik: "XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi.
Tarixi faktlar dəfələrlə sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Dövlət müstəqilliyi gündən-günə gücləndi, dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr quruldu, sazişlər imzalandı, Azərbaycan beynəlxalq təşkilatların tribunalarından sözünü, mövqeyini bildirmək imkanı əldə etdi".

Deputat bildirib ki, son illər ərzində Müstəqil Azərbaycan humanist fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları kimi səmərəli təklif və təşəbbüslərlə dəyərli töhfələr verdi:
"İnkaredilməz gerçəklikdir ki, bunların təməlində müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və parlaq gələcəyə hesablanmış siyasəti dayanır. Bu gün ölkədə yürüdülən siyasətin nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət, dünyada sabitlik diyarı, iqtisadi inkişaf ölkəsi, yeni iqtisadi və sosal çağırışların müzakirə olunduğu məkan kimi tanınır. Məhz bunu üçün 18 oktyabr- Müstəqillik Günündə bütün dünya dövlətlərinin rəhbərləri Prezident İlham Əliyevə təbrik məktubu ünvayır, Azərbaycan xalqını əlamətdar gün münasibəti ilə təbrik edirlər. Azərbaycanın hər bir vətəndaşının vəzifəsi isə ölkəmizin dövlət müstəqilliyini, milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Küçə itləri ibtidai sinif şagirdinə hücum etdi - VİDEO

Türkiyənin Erzincan şəhərində dərsdən evə gedən uşağa itlər hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Hadisə anı təhlükəsizlik kamerasına ilə qeydə alınıb

18.03.2024 361
.

Bakıda bu ərazidəki binalar zəlzələyə tap gətirməyəcək - VİDEO

Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi bina 3a ünvanında yaşayan sakinlər təhlükəli vəziyyətlə üzləşiblər. "Report"un xəbərinə görə, sakinlər bildiriblər ki, yaşadıqları binanın ön və arxa hissəsinə qanunsuz artırmalar edilib. Nəticədə binada təhlükəli vəziyyət yaranıb. Onların sözlərin

18.03.2024 617
.

İsrail 80 fələstinlini öldürdü

İsrailin ötən gecə Qəzzaya hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində azı 80 fələstinli ölüb. Bu barədə Fələstinin "WAFA" xəbər agentliyi verdiyi məlumat yayıb. Xüsusilə Nusayrat qaçqın düşərgəsinə və Qəzza şəhərinə hücumlarını davam etdirib. İsrai

18.03.2024 183
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18.03.2024 170
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Vladimir Putini prezident seçkisində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkənin inkişaf

18.03.2024 260
.

Bayramda bu küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağına yaxın küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə təhlillər aparıb. xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir. Təhlillərə əsasən, böyük piyad

18.03.2024 197
.

İrəvanda Ermənistan və Qazaxıstan xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Ermənistana gəlib və burada onu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qarşılayıb. xəbər verir ki, Ermənistan XİN mətbuat katibinin mətbuata verdiyi məlumata görə, nazirlikdə Ermənistan və Qazaxıstan xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb

18.03.2024 141
.

"İstehlakçıların Maarifləndirməsinə Dəstək" İB 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin qalibi oldu

2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olundu. xəbər verir ki, "İstehlakçıların Maarifləndirməsinə Dəstək" İctimai Birliyinin "Sağlam Qidalanma təlimləri" layihəsi qaliblər sırasındadır. Bizim layihəyə dəyər verən ekspertlərə, eləcə də Müşahid

18.03.2024 168
.

ABŞ-da atışma: 2 ölü, 5 yaralı

ABŞ-ın paytaxtı Vaşinqtonda silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu barədə Metropoliten Polis Departamentinin rəhbəri Ceffri Karroll açıqlama verib. Ceffri Karroll qeyd edib ki, atışmanı törədən şübhəli şəxs hələ də tutulmayıb. Vaşinqtonda ötə

18.03.2024 141