Razılaşdırılmamış aksiyalar kimə xeyirdir? - ŞƏRH

Razılaşdırılmamış aksiyalar kimə xeyirdir? - ŞƏRHBu gün oktyabrın 18-də Azərbaycan müstəqillyinin bərpasının 28-ci ildönümüdür. Ölkə tarixinin ən şərəfli günlərindəndir. Bu, Azərbaycanın gələcəyinin istiqamətini müəyyənləşdirən gündür.

Azərbaycan müstəqilliyinin bərpa etdiyi gündən demokratik dəyərlərə, Avropaya intqerasiyaya üstünlük verib. Bu prioritet indi də davam edir.

Təəssüf ki, Azərbaycandan asılı olmayan səbəblərdən sovetlərdən bir sıra problemlər də qalıb. Bunların ən yaralısı və ağrılısı Dağlıq Qarabağ və ətraf rayonların işğal altında saxlanılmasıdır. Bu hal ölkədə daha böyük və əhatəli işlərə mane olan başlıca amillərdəndir.

İşğal amilindən daxildə görünməyən əllər və xarici düşmənlər Azərbaycana təzyiq vasitəsi olaraq yararlanır.

Bir nümunə göstərək. Son günlər Türkiyə və ABŞ arasında, Suriya ərazisində təhlükəsiz bölgənin yaranması ilə bağlı gərginlikdən Ermənistanda Azərbaycana qarşı istifadə etməklə bağlı çağırşılar oldu. Bu baxımdan ölkədə yarancağı ehtimal olunan, yardılacaq istənilən qarışıqlıqdan Azərbaycanın ərazi bütövlüyünün yenidən pozulmasına istifadə edilməyəcəyinə təminat yoxdur. Bunun niyəsinin də çoxsaylı regional və təhlükəsizlik səbəbləri var.
Razılaşdırılmamış aksiyalar kimə xeyirdir? - ŞƏRHMilli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinin zaman baxımından heç müxalifətin özü üçün də uğurlu olmadığını söyləmək olar. Çünki hazırda ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsi üçün emosional mühit, sosial sifariş yoxdur. Problemləri isə hakimiyyət bəyan etməklə yanaşı, onun həlli istiqamətində də addımlar atır. Təkcə bu misalları çəkməyimiz kifayətdir: Dövlət başçısının 18 iyun 2019-cu il sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqqına da 20-50 faiz artımlar edilib. Maaş artımı ilə bağlı sərəncamlar 1 milyon 350 min insanı əhatə edib. Elə bu ayın - oktyabrın 1-də isə isə əmək pensiyasının artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib...

O başqa məsələ ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib.

Ancaq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar.

Azərbaycan və Türkiyənin düşmənləri eynidir. Məlum ərazi (metronun "28 May" stansiyası) əhalinin sıx olduğu yerdir. Mühafizə zonalarında aksiya zamanı istənilən arzuedilməz və xoşagəlməz hadisəyə görə məsuliyyəti kim daşıyacaq? Qanunla həmin ərazidə aksiyaların keçirilməsini qadağan edilir. Deməli, arzuedilməz və xoşagəlməz hadisələrin məsuliyyətini kimin daşıdığı da məlumdur...
Razılaşdırılmamış aksiyalar kimə xeyirdir? - ŞƏRHTürkiyənin "Barış pınarı" antiterror əməliyyatının düşmənlərinin Azərbaycanda da fəaliyyət göstərdiyi istisna edilmir. Belə bir halda və indiki şəraitdə şüarları qeyri-müəyyən olan aksiyanın keçirilməsi nəyə xidmət edir?

Onda, belə çıxır ki, aksiya keçirmək istəyənlərin yeni təşəbbüsü yoxdur. Yaxud, hakimiyyətin həyata keçirdiyi sosial tədbirləri "biz deməsəydik etməyəcəkdilər" deyərək adlarına çıxmaq istəyirlər. Bu, köhnəlmiş, işlənmiş populist üsuldur.

Hadisələr deməyə əsas verir ki, bu sayaq aksiyalardan daha çox xarici qüvvələr Azərbaycana qarşı istifadə edirlər. Bu, ölkənin iqtisadiyyatına, turizm potensialına inkişafına, sərmayə qoyuluşuna ciddi ziyan vurur. Ölkədə qarışıqlığın yaradılması şəraiti isə cəmiyyəti parçalamaq istəyənlərə sərf edir.

Azərbaycanın inqilaba deyil, islahata ehtiyacı var. İkinci daha uzun yoldur və daha çox dözüm tələb edir. Bu istiqamətdə birgə fəaliyyət daha uğurlu nəticə verər. O halda uğur əldə etmək hay-küy, qarışıqlıq, qalmaqaldan, dövlət maraqlarına ziyan, cəmiyyətin parçalanmasından daha yaxşı deyilmi?!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 689   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672