Şirvanda iki maşın toqquşdu - Xəsarət alan var

Şirvanda iki maşın toqquşdu - Xəsarət alan var
Şirvan şəhərində iki avtomobil toqquşub.

BiG.AZ-a bu barədə FHN-dən məlumat verilib. Məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şirvan şəhərində “ВАЗ” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ВАЗ” markalı minik avtomobilində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 423 Tarix: 17.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər