Rus sevgilisinin üstündə arvadına işgəncə verdi, qadın özünü asdı – Tərtərdə şok olay

Rus sevgilisinin üstündə arvadına işgəncə verdi, qadın özünü asdı – Tərtərdə şok olayTərtər rayonunda arvadına işgəncə verməkdə, onu intihar həddinə çatdırmaqda ittiham olunan 1989-cu il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Emin Quliyev arvadı Nərgiz Quliyeva ilə mütəmadi olaraq səbəbsiz yerə mübahisə edib, onu söyüb və təhqir edib.

2012-ci ilin avqustun sonlarında Tərtər rayonu Mamırlı kəndində yaşadıqları evin həyətində Nərgiz Quliyevanı təhqir edərək döyüb, 2014-cü ilin oktyabrın ortalarında və 2015-ci ilin iyununda isə ağac parçası ilə döyüb.

Emin Quliyev 2017-ci ilin mayın əvvəllərində arvadını yumruq və təpiklə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Əri tərəfindən amansızlıqla döyülən Nərgiz Quliyeva boşanmaq məqsədi ilə dəfələrlə atası İsmayıl İsmayılovun evinə getsə də, iki azyaşlı uşaqlarının olması və ailə üzvlərinin kənd arasında ərindən boşanmasına pis baxılacağını düşünmələri ilə əlaqədar yenidən əri evinə qayıdıb.

Ukraynalı sevgilisi aranı qarışdırdı

Lakin Emin Quliyev onunla amansız rəftarına davam etdirib. O, 2018-ci ilin yanvarın əvvəllərində Nərgiz Quliyeva ilə yenidən səbəbsiz yerə mübahisə edərək onun kürək nahiyəsindən təpiklə vurub.

Həmin vaxt Nərgiz Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yanvarın 26-da Emin Quliyev əvvəllər evli olduğu və 2011-ci ildə boşadığı Ukrayna Respublikasında yaşayan qadına zəng edib.

Bundan sonra Nərgiz Quliyeva həmin qadına mesaj yazıb. Buna görə də ər-arvad arasında mübahisə yaranıb. Emin Quliyev yenə də Nərgizin və yaxın qohumlarının ünvanına nalayiq söyüşlər söyüb, onu təhqir edib.

Əməkhaqqı kartını əlindən aldı, sonra...

Emin Quliyev ardıcıl hərəkətləri ilə 15 sentyabr 2017-ci ildən etibarən Tərtər rayonunun Mamırlı kənd məktəbində laborant işləyən Nərgiz Quliyevanın əməkhaqqı kartını ələ keçirərək, onun aylıq əmək haqqısının özü əldə edib. Bu səbəbdən o, arvadını maddi cəhətdən tam asılı vəziyyətə salıb.

Nərgiz Quliyeva əri tərəfindən mütəmadi olaraq döyülərək təhqir olunması nəticəsində yanvarın 27-da, saat 16 radələrində evdə heç kimin olmadığı vaxtda özünü Tərtər rayonu Mamırlı kəndində yaşadığı evin həyətindəki tövlənin giriş qapısından şərflə asaraq öldürüb.

İstintaq orqanı tərəfindən Emin Quliyev barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

"Anna mənim soyadımı götürdü"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-ci ilin iyununda Nərgiz Quliyeva ilə evlənib, birgə nikahdan 2013-cü ildə oğlu və 2015-ci ildə qızı anadan olub: "Nərgizlə ailə qurmamışdan əvvəl 2007-ci ildən Ukraynada yaşamışam. 2007-ci ilin sonlarında orada Anna Nikolayeva adlı qadınla yaşamışam. 2011-ci ildə Anna hamilə qaldı və onunla evləndim.

Evləndikdən sonra mənim soyadımı götürdü və Anna Quliyeva adını aldı.

Anna Quliyevadan doğulmuş uşağının 6 ayı olarkən, təxminən 2012-ci ildə Tərtərə qayıtdım. Ukraynada olan uşağımın adı Murad Quliyevdir".

Təqsirləndirilən şəxs qeyd edib ki, Tərtər rayonuna qayıtdıqdan sonra dəfələrlə Ukraynaya getmək üçün sənədlərini istəyib: "Valideynlərim buna icazə vermədi və rayonda evlənməyimi istədilər. Nərgiz Quliyeva ilə 2012-ci ildə evləndim. Biz evlənərkən Nərgiz və anası Mətanətin mənim əvvəllər Ukraynada evli olmağımdan xəbərləri olub. Ukraynadan gəldikdən sonra Anna birtərəfli ərizə verərək məndən boşandı, aliment üçün Ukraynada məni məhkəməyə verdi. Evli olduğum dövrdə Anna ilə əlaqə saxlamadım. Lakin tələb etdiyi üçün Annaya 2017-ci ilin 14 noyabr tarixdə Ukraynadakı uşağının adına bank vasitəsilə 204 manat məbləğində pul göndərdim".

"Annanın nömrəsini telefonumdan silmədim"

Emin Quliyev qeyd edib ki, Ukraynadakı uşağına pul göndərməsindən Nərgizin xəbəri olmayıb: "Sonralar Anna yaşadığım yer üzrə məhkəmədə mənim valideynlik hüququndan məhrum edilməmlə bağlı iddia qaldırdı və həmin iddianı qəbul etdim.

2018-ci ildə 26 yanvara keçən gecə Annaya zəng etdim. Həmin vaxt onunla və uşağımla danışdım. Səhvən Annanın mobil nömrəsini telefonumdan silmədim".

Emin Quliyevin sözlərinə görə, yanvarın 26-da axşam saatlarında yatdığı vaxt Nərgiz telefonda Annanın nömrəsini görüb və ona mesaj yazıb: "Yuxudan durduqdan sonra Nərgizin Annaya telefonla mesaj yazması səbəbindən onunla mübahisə etdim. Aramızda olan mübahisələr Nərgizin qısqanclığı səbəbindən olub. Ailəli olduğumuz dövrdə yoldaşımla aramızda hər bir ailədə olduğu kimi xırda mübahisələr olub. Lakin Nərgizi heç vaxt döyməmişəm".

"Nərgizin özünü öldürdüyünü öyrəndim"

Emin Quliyev qeyd edib ki, yanvarın 27-də, saat 7 radələrində anası Aidə və həyat yoldaşı Nərgiz məktəbdə işlədiyindən qaynanası Mətanət uşaqlara baxmaq üçün onların evinə gəlib: "Qaynanam 08.15-də evə gəldiyi zaman Nərgiz və anam Aidə Tərtər rayonunun Mamırlı kənd məktəbinə getmişdilər. Nərgiz 2017-ci ilin sentyabrından Mamırlı kənd məktəbində laborant işləməyə başlamışdı. Yanvarın 27-də tezdən həyətdə evə girdim. Həmin vaxt evdə qaynanam Mətanət və 2 uşağı var idi. Nərgiz işə getdiyindən Mətanət iş günü vaxtı həmişə bizə gəlib, uşaqları saxlayırdı.

Həmin gün anamın qohumu Ülfan və atamın qohumu Təbrizlə birlikdə Bakı şəhərində digər qohumlarımız Zülfüqarın ayağı kəsildiyi üçün ona baş çəkmək üçün paytaxta getdik. Bakı şəhərində olarkən saat 15.51-də Nərgizin istifadə etdiyi telefon nömrəsindən mənə zəng gəldi. Zülfüqarın evində yemək yediyimdən telefonla danışa bilmədim, telefona məşğul verdim. Aramızda hər hansı danışıq olmayıb. Saat 16:55-də atamdan zəng gəldi. Atam bildirdi ki, tez gəl evə, deyirlər, Nərgiz özünü asıb. Həmin vaxt Təbrizlə birlikdə Bakı şəhərindən yola çıxdıq və saat 23 radələrində Tərtər rayonuna çatdıq.

Nərgizin özünü yaşadığımız həyətdə olan tövlənin qarşısında asaraq öldürdüyünü öyrəndim".

"Heç bir çətinliyimiz yox idi"

Emin Quliyev bildirib ki, valideynləri ilə birlikdə yaşayıb: "Atam təmir emalatxanasında, anam müəllim işləməklə evə qazanc gətiriblər. Özüm də "Qazel" markalı yük avtomobili idarə etməklə ailəmi dolandırmışam. Ailədə yaşayanların, həmçinin Nərgizin heç bir çətinliyi olmayıb. Nərgiz işləmək istədiyindən anam onu kənd məktəbinə laborant işinə düzəltmişdi.

Nərgiz keçən 2017-ci ilin sentyabrın 15-dən hər gün anamla məktəbə gedib, günün ikinci yarısında evə qayıdıb. Evdə qalan 2 uşağa qaynanam baxıb. Nərgiz işlədiyi məktəbdən maaşını alıb, özünə və ailəyə xərcləyib. Heç vaxt onun əmək haqqını almamışam. Maaş kartını bankdan dekabr ayında alıb, pulu anamla birlikdə bankomatdan çıxarıblar".

"Bu səbəbdən intihar edəcəyini düşünməmişəm"

Emin Quliyev deyib ki, Nərgizlə olan nikahdan iki uşaqları qalıb: "Uşağın biri qayınanam Mətanətin evində, digəri isə özümün yanımda yaşayır. İntiharda mənim heç bir təqsirim yoxdur. Evli olduğumuz dövrdə onu döyməmişəm, onunla amansız rəftar etməmişəm. Nərgiz mənim Ukraynada olan ailəmə görə qısqanclıq edib və bu səbəbdən intihar edib. Heç vaxt Nərgizin bu səbəbdən intihar edəcəyini düşünməmişəm".

Tərtər rayon Məhkəməsinin hökmü ilə Emin Quliyevin ittiham olunduğu əməl sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror bəraət hökmünün ləğv edilməsini, ittihamedici hökmün çıxarılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunmayıb. Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan iclasda kasasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti təmin olunmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1618   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467