Həcc ziyarətinə gedən insan özünü "hacı" adlandıra bilərmi? - İlahiyyatçıların FİKİR QARŞIDURMASI

Həcc ziyarətinə gedən insan özünü "hacı" adlandıra bilərmi? - İlahiyyatçıların FİKİR QARŞIDURMASIKeçmiş zamanlarda ziyarətə gedən insan sakitcə karvana qoşular, aylarla yol gedər, həcc ibadətini icra edib elə həmin qaydada da el-obasına dönərmiş. İllər keçdikcə texnologiya inkişaf etdi, təyyarələr icad olundu, qət etdiyimiz yollar bizə asanlaşdı. Sanki yollar yaxınlaşdıqca hər bir səfərin ağırlığı da azaldı, adiləşdi. Bəzi insanlar artıq ziyarətgahlara getməyi dini ayin kimi görmür, titul qazanmaq niyyəti güdür. Bəs dində bu məsələ necədir? Həqiqətənmi, Həcc ziyarətinə gedən insan "hacı" adını özünə götürə bilərmi?

"Ölkə.Az" olaraq məsələ ilə bağlı tanınmış ilahiyyatçılarara müraciət etdik.

İlahiyyatçı Hacı Şahin Həsənlinin fikrincə, ziyarətə gedən insan bu addan hörmət əlaməti olaraq istifadə edə bilər.

"Dinimizdə belə bir hökm yoxdur ki, Həcc ziyarətinə gedən o adı götürə bilməz. Bu insanların o ziyarət yerlərinə olan hörmətindən irəli gəlir. Təbii ki, bunu imtiyaz kimi də qəbul etmək düzgün deyil. Bu, bir titul deyil. "Quran"da da qeyd olunur ki, bir-birinizi gözəl adlarla çağırın. Ziyarətgahların adlarını götürəndə bu insana daha da artıq məsuliyyət gətirir. Yəni, dinimizdə bununla bağlı bir qadağa yoxdur. Sadəcə, əsrlər boyu insanlar getdikləri müqəddəs torpaqlara hörmət əlaməti olaraq adlarının qarşısına əlavə ediblər. Yenə də bildirirəm ki, burada bir yanlışlıq yoxdur. Sadəcə, bu adları daşıyan insanlar öz davranışlarında daha məsuliyyəli olmalıdırlar ki, getdikləri müqəddəs yerləri hörmətdən salmasınlar".

İlahiyyatçı Elşad Miri isə bu məsələ barədə daha fərqli düşüncədə olduğunu bildirib:

"Dində hacılıq, məşədilik və kərbəlayılıq deyilən bir anlayış yoxdur. Mənim fikrimcə, hər hansı bir insan özünü belə bir titulla adlandırırsa, bu, həmin adamın natamamlıq kompleksinin nəticəsidir. Çünki özünü hər hansı bir formada təqdim edə bilməyən insanlar, özlərini bu cür adlarla hallandırırlar. İndiyə qədər heç eşitmisiniz ki, Hacı Məhəmməd, Hacı imam Əli, Hacı Ömər olsun? Sadəcə olaraq bu gün Azərbaycanda belə bir anlayış var ki, hər hansı bir elmi rütbəsi, vəzifəsi olmayan bəzi insanlar Həccə getdikdən sonra özlərini "hacı" adlandırsınlar.

Mən ziyarətdə olanda orada yaşlı bir kişi vardı. Bir nəfər ona dedi ki, ziyarətə gəlmisən deyə özünü hacı adlandıra bilməzsən, çünki islamda belə titul yoxdur. Bundan sonra o, Allaha belə bir dua etdi: "Ey Allahım, mən bura gəlmişəm ki, hamı mənə hacı desin, indi isə deyirlər ki, bu, yanlışdır. Mən istəyirdim ki, Azərbaycana qayıdanda mənə hacı filankəs desinlər". Yəni bu insanların hacı ləqəbini qazanmaq üçün ziyarətə getməklərinin nəticəsidir, bundan artıq nə gözləyirsiniz".

Əməkdaşımızın "Bildiyimə görə, siz də bir neçə dəfə Həcc ziyarətində olmusunuz, sizə də hacı deyə müraciət edirlərmi?"- sualına Elşad Miri belə cavab verib:

"Xeyr, etmirlər. Mən bir dəfə Həcc, bir neçə dəfə Ümrə ziyarətində olmuşam. Bəzən elə olub ki, valideynlərimə belə demədən gedib, ibadətimi edib qayıtmışam. Mən dünyanın 60-dan çox ölkəsinə səfər etmişəm. Onda belə çıxır ki, mən Tailanda səfər etdiyimə görə, mənə Tailandi Elşad deməlidirlər? Bu nə təfəkkürdü, nə anlayışdı, bu məsələyə necə yanaşmadı, vallah bilmirəm. Mən düşünürəm ki, bu acizliyin nəticəsidir. Amma hacılıq anlayışı fərqli mənada işlənir ki, "Quran"da da adı keçir. Ərəblər bir-birlərini hacı adlandırırlar, bu da yoldaş mənasındadır. Necə ki, kişilər əsgər gedəndə onlara müraciət edərkən əsgər filankəs deyirlər. Bu da belə bir müraciət növüdür. Burada başqa məna axtarmaq lazım deyil.

Bildiyiniz kimi Həcc ziyarətinə kasıblar getmir, imkanı olan şəxslər üçündür. İnsanların çoxu da bu yolla özlərinə haqq qazandırmaq istəyir. Yəni mən hacıyam, etdiyim heç bir şey yanlış deyil. Nə etsə də özünü "Süddən çıxmış ağ qaşıq" kimi günahsız sayır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 654   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278