Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir - RƏYLƏR

Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir - RƏYLƏR"Azərbaycanın Dünya Bankının "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi, Dünya İqtisadi Forumunun nəşr etdiyi "Qlobal Rəqabətlilik İndeksi"ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşması ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların, o cümlədən institusional islahatların nəticəsidir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, son illər Azərbaycanda biznesin investisiya resurslarına çıxış imkanları, eləcə də icazə və lisenziya alması imkanları əhəmiyyətli dərəcədə artıb: "Bu institusional islahatlar həmin reytinqlərdə öz əksini tapır. Söhbət dövlət sektoruna aid yeni institutların yaradılması, o cümlədən publik hüquqi şəxslərin yaradılmasından, bütövlükdə biznesin icazəli fəaliyyət növləri ilə məşğul olması ilə bağlı aidiyyatı qurumlara çıxışının yüngülləşdirilməsindən gedir".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov

Bütün bu göstəricilər bütövlükdə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edir

Bundan başqa, E.Məmmədov qeyd edib ki, ünvanlı şəkildə iqtisadiyyatın müxtəlif ölkə miqyasında strateji olan seqmentlərinə, o cümlədən kənd təsərrüfatına, qeyri-neft sektoruna aid sənaye seqmentinə ünvanlı yardımların edilməsi, vergi siyasəti ilə bağlı olan yumşalmalar, kreditləşmədə aidiyyatı istiqamətlər üzrə güzəştlər də müvafiq hesabatlarda öz əksini tapır: "Bütün bu göstəricilər bütövlükdə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edir. Eyni zamanda, Birinci vitse-prezident tərəfindən və onun rəhbərliyi ilə sosial seqmentə aid həyata keçirilən islahatlar daxili bazarların genişlənməsinə, alıcılıq qabiliyyətinin və bütövlükdə ödəmə qabiliyyətli tələbatın artımına xidmət edir ki, bu da daxili bazarların genişlənməsi vasitəsilə ölkədə işgüzar fəallığın artırılmasına xidmət edir. Son nəticədə müxtəlif hesabatlarda biz bunun dinamikasının şahidi oluruq".

Milli Məclisin üzvü Tahir Mirkişili isə "Report"a açıqlamasında bildirib ki, Azərbaycandakl islahatların "Doing Bisnes"də öz əksini tapması təqdirəlayiq haldır: "Ən çox islahat aparan 20 ölkədən biri elan edilməyimiz o deməkdir ki, ölkədə aparılan islahatlar nəinki biznes mühitini yaxşılaşdırır, həmçinin beynəlxalq təşkilatlar uğurlarımızı qiymətləndirir. Azərbaycana xarici investor cəlb etmək baxımından "Doing Biznes" hesabatının çox böyük rolu var. Ölkəmizin apardığı islahatlara görə öndə olması xarici investorların diqqətini cəlb edir. Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi ölkə iqtisadiyyatın artımı ilə üst-üstə düşür. Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul 2,5%, o cümlədən qeyri-neft sektoru üzrə 3,5% artıb.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanın "Qlobal Rəqabətlilik İndeksi"ndə irəliləməsi də böyük nailiyyətdir: "Həmin indeksin əsas indikatorları iqtisadi idarəetmə ilə yanaşı, ölkədə dövlət orqanlarının fəaliyyəti, nə dərəcədə effektiv işləməsi, insanlarla dövlət orqanları arasında münasibətlərin hansı səviyyədə olması, ölkənin makroiqtisadi vəziyyətidir. 100-dən göstərici nəzərə alınır.

Milli Məclisin üzvü Tahir Mirkişili

Hesabatlarda yüksək yer tutmaq xarici investisiyanın Azərbaycana uzunmüddətli gəlməsinə yol açır

141 ölkəni əhatə edən "Qlobal Rəqabətlilik İndeksi"ndə Azərbaycandan sürətli irəliləyən olmayıb. Orta irəliləmə sürəti 4-5 pillə olduğu halda Azərbaycan bu hesabatda 11 pillə irəliləyib. Bu da ölkədə aparılan islahatların kifayət qədər əhatəli olması ilə bağlıdır. Bir çox göstəcilər üzrə Azərbaycan dünyada TOP 20-nin göstəricilərinə layiq görülüb. Bütövlükdə "Qlobal Rəqabətlilik İndeksi"ndə irəliləyən göstəricilərə baxsaq bunlar həm iqtisadi məhsullar üzrə, həm təhsil məsələləri üzrə, həm də dövlət idarəetməsi üzrə olub.

"Qlobal Rəqabətlilik İndeksi" dünyada ölkələrin böhranlara dözümünü və digər ölkələrlə rəqabətlilikdə hansı çağırışlara cavab verə bilməsini göstərən mühüm göstəricidir. Bu, ölkə iqtisadiyyatının sabitliyini, gələcəyə baxışını, tətbiq edilə biləcək yenilikləri, eyni zamanda inkişaf istiqamətlərini göstərir. Bu indeksdə yüksək yer tutmaq xarici investisiyanın Azərbaycana uzunmüddətli gəlməsinə yol açır, ölkə iqtisadiyyatının gələcək təhlükələrə qarşı davamlılığını artırır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 438   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xarab soyuducu partlaya bilər,diqqətli olun-VİDEO

Mülayim və isti havalarda bir çox qadınlar əksər qida məhsullarını soyuducuya yığırlar. Bu üsul uzun müddət saxlanılması gərək olan qidaların xarab olmaması baxımından çox faydalıdır. Belə ki, aşağı temperaturda bir çox qida məhsulları öz keyfiyyətini itirib xarab olmur. Amma, bəzi qida məhsulları vardı

15:45 62
.

Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

Bərdə şəhərində yerləşən və "Köhnə bazar" adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyə

17:22 194
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 238
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 143
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 71
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

14:42 256
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 322
.

Siyam əkizlərindən biri evləndi

Siyam əkizləri Abbi və Britani adlı siyam əkizlərindən sol tərəfdə olan Abbi evlənib. xəbər verir ki, o, hərbçi Coş Bovlinq ilə ailə qurub. Cütlük 2017-ci ildə kilsədə tanış olublar. Coş digər əkizin də razılığını alandan sonra Abbiyə evlənmə təklif edib. Əkizlərin beldən aşağı orqanları və qan axın

16:22 326
.

"Kişilərin pensiya yaşının azaldılması təqdirəlayiqdir" - Sosioloq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfa

17:01 182