Tünzalə Ağayeva: "Qadın qətlləri kütləviləşməyə başladığı üçün soyqırım sayılır"

Tünzalə Ağayeva: "Qadın qətlləri kütləviləşməyə başladığı üçün soyqırım sayılır"Sosial layihələr, proqramlar, televiziyalar, sosial media bizləri maarifləndirməlidir. Dəyərli ziyalılar, sənət insanları, media nümayəndələri və gələcəyi düşünən hər kəs susmamalıdır. Növbəti faciə və cəhalətə icazə verməyək. Biz nəticə görmək istəyiriksə, bu proses dayanmamalıdır.

Bu fikirləri Əməkdar artist Tünzalə Ağayeva son günlər artan qadın ölümlərini şərh edərkən bildirib.

"Mən sənət insanı olaraq öz auditoriyama çağırış edə bilərəm. Amma cəmiyyət içərisində kütləvi çağırışlar olmalıdır. Çünki burada bir insanın mövqeyi əsas ola bilməz, hamımız ayıq olmalıyıq. Hər gün qadın, ana soyqırımı baş verir. Bu məsələ kütləviləşməyə başladığı üçün soyqırım sayılır. Ölüm sayı günbəgün çoxalır.

XXI əsrdə qız uşağı dünyaya gələn hər ailə buna sevinmir. Dəhşətli faktdır. Allah qızı və oğlanı eyni yaradıb. Heç kəsin haqqı yoxdur ki, kiməsə əl qaldırsın. Ölümlərin sayı azalmır. Dünya hər zaman bununla savaşıb. Cahil ailələrdə bu cür faciələr baş verəcək. Cahillikdən qurtulmaq lazımdır.

Eyni zamanda, XXI əsrdə hələ də ailələrdə qızların təhsil almaması, işləməməsi və digər "stereotiplər" cəmiyyəti məhv etməkdədir. Bu gün əksər qadın və qızlarımız öz hüquqlarını bilmirlər, ya da ata, ailə və cəmiyyətin qınağından çəkinirlər.

Bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Bu isə bir qədər vaxt aparacaq. Düzdür, müəyyən layihələr həyata keçirilsə də, istənilən nəticəni vermir. Bu istiqamətdə görülən işlər daha da gücləndirilməlidir", - deyə Əməkdar artist bildirib.

Tünzalə Ağayeva qeyd edib ki, mətbuat nümayəndələri reytinqli məqalələrə, gərəksiz videolara, paylaşımlara ayırdıqları yer qədər bu məsələlərə də ciddi fikir verməlidirlər.

"Kütləvi informasiya vasitələri əsas rol oynayır, məlumatların 50 faizi kommersiya və reytinq maraqlarına xidmət edirsə, 50 faizi də mənəviyyatımıza, millət olaraq gücümüzə, düşüncəmizə müsbət təsirə xidmət eləməlidir. Mətbuat mənasız məlumatlarla dolu reytinqlərə xidmət edəcəksə, biz hansı mənəviyyat və çağırışdan danışa bilərik?

Ziyalılarımızdan, yazıçılarımızdan, elm insanlarından daim bu mövzularda müsahibələr alınmalı, reportajlar hazırlanmalıdır. Gücümüzü maksimum istifadə etməliyik, çünki bir sıra boşluqlar var".

Qeyd edək ki, statistik göstəricilərə əsasən, ötən il ölkədə məişət zorakılığı ilə bağlı 1075 cinayət hadisəsi baş verib. Nəticədə, 915 qadın zərər çəkib.

Son bir ayda 14 qadın qətlə yetirilib. Bunun doqquzu müxtəlif səbəblərdən uşaqların gözü önündə baş verib.

///oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 511   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262