Məşhurların son günü - Rüfət Mehdiyevin qızı: "Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik" - FOTOLAR

Məşhurların son günü - Rüfət Mehdiyevin qızı: "Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik" - FOTOLARModern.az saytında "Məşhurların son günü" adlı rubrikamıza davam edirik.

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Budəfəki təqdimatımız müğənni Rüfət Mehdiyevə həsr olunur.

Arayış: Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992).
1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik edib. "Space" Televiziyasında hazırlanmış "Qış nağılı" (2002) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib.

1 fevral 2011-ci il tarixində qəfilfən dünyasını dəyişib.

Rüfət Mehdiyev qan təzyiqinin qəfil yüksəlməsi və insult nəticəsində həyatını itirib. Onun evinə çağırılmış təcili tibbi yardım briqadası Rüfəti xilas edə bilməyib

Mərhum müğənni Nizami rayonundakı qəbiristanlıqda dəfn edilib.

41 yaşında dünyasını dəyişən müğənni bir çox mahnıları ilə sevilib. Onun "Darıxıram", "Gedirəm", "Getdin", "İl keçdi", "Yandırdı, yaxdı məni" mahnıları geniş dinləyici auditoriyası qazanmışdı.

İki dəfə ailə qurmuş müğənninin üç qızı, bir oğlu var.

Müğənninin qzıları...

Modern.az-ın Rüfət Mehdiyevlə bağlı suallarını onun qızı Zenfira Mehdiyeva və mərhumun ən yaxın dostlarından olmuş müğənni Elnur Quliyev cavablandırıb.

Zenfira xanım:

"Atamla anam mənim xalam oğlunun kiçik toyunda tanış olublar. Atam o vaxtlar sintezator çalırmış. Elə həmin toyda anamı görüb bəyənib və xalamın yoldaşına deyib. Xalamgil atamla anamı tanış ediblər. Xalamın yoldaşı ilə atam dost olublar. Anam da atamı bəyənib və beləcə tanış olublar. Sonra evlənmək qərarına gəliblər və ailə həyatı qurublar. Atam həmin dönəmlərdə müğənni deyildi, sadəcə sintezator çalırdı".

Rüfət Mehdiyev qızı Zenfira xanım dünyaya gəldiyi ildən, yəni 1993-ci ildən müğənnilik etməyə başlayıb.

"Atam çox ürəyiyumuşaq, qayğıkeş, gülərüz insan olub. Mən onun əsəbiləşməsini, üstümüzə çığırmasını heç vaxt görmədim. Hansısa hərəkətimiz xoşuna gəlməyəndə, bizi dost kimi başa salırdı. O, bizim üstümüzə qışqırmayıb, biz də ondan heç vaxt qorxmamışıq. Əksinə, biz gözləyirdik ki, atam evə tez gəlsin, onunla məsləhət edək, çoxlu vaxt keçirək. Atam övladlarına çox bağlı insan olub".

Rüfət Mehdiyev səhnədə daim gülərüz, səmimi, heç kimlə işi olmayan müğənni idi. O, sənət aləmində baş verən heç bir qalmaqalda iştirak etməyib:

"Atam səhnədə necə idisə, evdə də eyni idi. Hamıyla yola gedə bilirdi. Atamdan bu günə kimi kiminsə incidiyini eşitməmişəm. Əksinə, hamı onu çox istəyirdi. İndiyə kimi də atamın bütün dostlarıyla bizim münasibətimiz qalır, hamısıyla danışırıq, görüşürük".

Rüfət Mehdiyev anası ilə...

Zenfira xanım hazırda "Xonça" mağazasına rəhbərlik edir. Onun sözlərinə görə, mağaza açılanda sənət adamlarının əksəriyyəti mərasimdə dəvətsiz iştirak ediblər:

"Bizim mağaza açılanda atamın dostları çox köməklik etdilər. Bundan əlavə, keçən il mənim toyum oldu və atamın bütün dostları məslisdə iştirak etdi. Demək olar ki, biz heç nə eləmədik, hər şeyi onlar təşkil etdilər. Musiqi ansablı, müğənnilər özləri gəldilər. Elariz Məmmədoğlu, Eyyub Yaqubov, Lalə Məmmədova, Ədalət Şükürov, Natəvan Həbibi, Səməd Səmədov, "Bu şəhərdə"nin kollektivi, Faytonçu Nazim, Ceyhun Bakinski və başqaları toyda yaxından iştirak etdilər. Həmin insanlar indiyə kimi bizə dəstək olurlar, əlaqə saxlayırlar".

Hər il Rüfət Mehdiyevin anım günündə sənət dostları onun məzarını ziyarət edir.

"Hər il atanın dostları ya zəng edir bizi də özləriylə aparırlar, ya da nə vaxt atanın qəbri üstə gedirəmsə, hər hansı bir dostuyla mütləq qarşılaşıram.

Atam bacıma da, mənə də çox zaman ayırardı, ikimizə də bağlı idi. Bacım məndən dörd yaş balacadı. Atama ən çox o, oxşayır".

Zenfira xanım atasının başına gələn maraqlı bir əhvalatı bizimlə bölüşüb:

"Atamla anam ev baxmağa gediblərmiş. Evin yiyəsi atama baxıb deyib ki, siz mənə hardansa tanış gəlirsiniz. Atam da təvazökarlıq edib deməyib ki, müğənnidir. Evin yiyəsi yenə deyib ki, yox, siz mənə hardansa tanış gəlirsiniz. Sonra deyib ki, aha, yadıma düşdü, siz aşağıda JEK-də işləyən oğlansınız. Atam da gülüb təvazökarlıq edib deyib ki, ola bilər".

Xanımı və qızları...

Müsahibimizin sözlərinə görə, Rüfət Mehdiyevin ən böyük arzusu qızlarını ali təhsilli görmək olub.

"Atam çox istəyirdi ki, biz ali təhsilli olaq. Gedib-gəlib deyirdi ki, çox oxuyun, universitetə qəbul olunun. Lakin bacımla mən universitetə qəbul olunanda atam artıq dünyadan köçmüşdü. Bizim təhsil almağımızı təəssüf ki, görə bilmədi. Mən 11-ci sinifdə oxuyanda atam rəhmətə getdi. Amma şükür ki, atamın istəyini həyata keçirə bildik".

Özü müğənni olsa da, Rüfət Mehdiyev qızlarının bu sənətə gəlməyini istəməyib:

"Mənim uşaq vaxtı müğənniliyə çox həvəsim olub. Əlimə darağı alıb mahnı oxuyurdum, guya konsert verirdim. Özümü Aygün Kazımovaya bənzədirdim. Düzdü, atam bizə "heç vaxt olmaz" sözü deməyib, amma hiss edirdim ki, müğənni olmağımızı istəmir. Çünki bir az çətin sənətdi. Bacım da eyni ilə müğənni olmaq istəyirdi. O, müğənniliyə məndən daha çox həvəs göstərib. Amma ikimiz də uşaq vaxtı xəyalını qurduğumuz peşələri seçmədik. Mən dizayner oldum, bacım isə tibb sahəsində çalışır".

Zenfira xanım Rüfət Mehdiyevin son günlərindən də danışıb:

"Bir gün əvvəl şəhərdə gəzəcəyimiz barədə bizə söz vermişdi. Telefonla danışdıq, hal-əhval tutduq və dedi ki, sizi gəzməyə çıxaracam. Gecə saatlarında anidən insult olub. Atam 41 yaşında, qəfildən dünyasını dəyişdi".

Dostu Elnur Quliyev Rüfət Mehdiyevlə ilk tanışlığından danışıb:

"Mən 2002-ci ildə "Gilavar" restoranında işləyirdim – mahnılar ifa edirdim. Bir dəfə bəstəkar Nadir Əzimovun səhv etmirəmsə ad günü idi, oxuduğum restoranda qeyd edirdilər. Rüfət də ad günündə iştirak edirdi. Mən "Sən gəlmədin" mahnısını oxuyurdum, sən demə ifam Rüfətin çox xoşuna gəlib. Beləcə tanış olduq, dostlaşdıq. Sonra mənə təklif etdi ki, bəlkə toylarda bir yerdə gedək. Belə-belə başladıq dostluğa.

Rüfət çox gözəl insan, yaxşı dost idi. Biz demək olar ki, restoranda ailəvi şəkildə tez-tez görüşürdük. Nadir Əzimov, onun yoldaşı Lalə xanım, Rüfət, biz hamımız bir araya gəlirdik. Daim deyib-gülən, zarafatcıl insan idi və onun özünə xas xüsusiyyətlərində biri hər yerdə lətifə danışması idi. Çoxlu lətifələr bilirdi və həmişə danışıb ətrafını güldürürdü.".

Rüfət Mehdiyev nə qədər deyib-gülən olsa da, hər kəsdən gizlədiyi problemləri də var imiş.

Elnur Quliyev:

"Bilirdik ki, Rüfətin problemləri var. Amma heç birimizlə bunu bölüşmürdü. Hər şeyi ürəyinə salan adam idi. Nə qədər soruşsaq da, "heç nə olmayıb" deyərdi, amma əhvalından bilirdik ki, yaxşı deyil. Rasim adlı dostumuz var, ən çox onunla dərdləşərdi. Mən həmişə istəyirdim ki, ona kömək olum. Çünki Rüfətin mənə çox yaxşılığı dəyib. Məni tez-tez radiolara aparırdı, mahnılarımı təqdim edirdi. Bir neçə dəfə onunla televiziyalarda da olmuşam. Rüfətin hansısa problemləri vardı, bunu ürəyinə salırdı.

Rüfətin mahnılarını hələ də ifa edirəm. Ən çox "Darıxdım", "Druzya" mahnılarını oxuyuram. Özü yazdığı bir mahnısı da var ki, onu da oxudum, hazırda aranjimandadı. Həmin mahnını Rüfətin xatirəsinə oxuyuram".

Dostu mərhum müğənninin son günündən də söz açıb:

"Rüfətin ailəylə, kariyerası ilə bağlı çox arzuları var idi, amma həyata keçirə bilmədi. Onun ölümü gözlənilməz oldu. Gecənin bur aləmində, saat 1-2 olardı, mənə zəng gəldi. Xəbəri mənə dedilər, inanırsınız, şoka düşdüm. Geyindim, qaçaraq getdim. İnana bilmirdim, başa düşə bilmirdim ki, necə ola bilərdi?! Ölümündən 2-3 gün əvvəl zəngləşib görüşmüşdük. Allah ona rəhmət eləsin".
Məşhurların son günü - Rüfət Mehdiyevin qızı: "Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik" - FOTOLARMəşhurların son günü - Rüfət Mehdiyevin qızı: "Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik" - FOTOLARMəşhurların son günü - Rüfət Mehdiyevin qızı: "Atamın ən böyük arzusunu gerçəkləşdirə bildik" - FOTOLARmodern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2094   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nadir HƏYAT YOLDAŞI VƏ GƏLİNİ İLƏ - FOTOLAR

Müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi həyat yoldaşı Sevinc və gəlinləri Əntiqə ilə fotosunu izləyiciləri ilə bölüşüb. Onlar Ramazan süfrəsində bayramı bir yerdə qeyd ediblər. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiq

14.04.2024 1524
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 695
.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1724
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

10:37 256
.

"Ölümünə sevirəm..." - Vüsalədən DİQQƏTÇƏKƏN PAYLAŞIM - FOTO

Aparıcı Vüsalə Əlizadə sosial media hesabında paylaşım edib. xəbər verir ki, aparıcının paylaşımına yazdığı sözlər diqqət çəkib. "Sevdiyim insanları ölümünə sevirəm, sildiyim insanları ölmüş kimi unuduram!" . Paylaşım marağa səbəb olub

14.04.2024 1111
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 367
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 615
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 862
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14.04.2024 306